Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

732 milyonluq kompensasiya ödənilib


Əmanətlərin Sığortalanması Fondu tərəfindən aprelin 25-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 milyon 202 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank"ın əmanətçilərinə 58 milyon 208 min manat (ümumi kompensasiya öhdəliyinin 80 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 87 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib


PİA.AZ xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan Azərtac-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 132 milyon 268 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 262 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 288 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,1 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 436 milyon 771 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99 faizi), kompensasiya ödəyib.

"Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 365 min manatdan artıq kompensasiya ödənişi təmin edilib. Belə ki, 7 təqvim günü ərzində ümumi kompensasiya öhdəliyinin 64,9 faizi əmanətçilərə ödənilib.

Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faiz), "Gəncəbank"ın əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faiz), "Texnikabank"ın əmanətçilərinə 120 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) kompensasiya ödənişi təmin edilib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 bank üzrə 732 milyon 236 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar