Bərdədə 72 yaşlı qadın özünü yandırıb.
PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yeni Əyricə kənd sakini, 1947-ci il təvəllüdlü Pakizə Ağayeva özünü yandıraraq intihara cəhd edib.
O, yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
pia.az