Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

71 il birlikdə yaşayan cütlük eyni gündə vəfat etdi

ABŞ-ın Corciya ştatının Oqasta şəhərindən olan ər-arvad 71 il birlikdə yaşadıqdan sonra eyni gündə, arada 12 saat fərq olmaqla vəfat edib

94 yaşlı Gerbert Deleyql cümə günü gecə 02:20 radələrində, həyat yoldaşı Frensis isə düz 12 saat sonra, günorta 14:20 radələrində həyatdan köçüb.

Ötən il cütlük nikahlarının 70 illiyini qeyd ediblər və yerli televiziya ailəni bu münasibətlə təbrik edərək onlara veriliş həsr edib. Tanış olanda Gerbertin 22, Frensisin isə 16 yaşı olub.

“Frensis “White Way Cafe” adlı kafedə işləyirdi. Onu görəndə gözlərimi çəkə bilmirdim. Sonra özümü topladım və ondan görüş üçün icazə aldım. Frensis mənimlə kinoya getməyə razılıq verdi”, - deyə Gerbert 2018-ci ildəki müsahibəsində qeyd edib.

Tanışlıqdan bir il sonra Gerbert Frensisə evlənmə təklifi edib. Amma cütlüyün toyu istədikləri kimi baş tutmayıb. Gerbert və Frensis kilsəyə çox gec gediblər və rahibin işi çox olduğuna görə onları qəbul edə bilməyib. Bununla belə, cütlük keşişi nikahı kəsməyə razı sala bilib.

Frensisin sözlərin görə, ərinin yumor hissi onun çox xoşuna gəlirmiş. Gerbert 93 yaşı olmasına baxmayaraq, zarafat edir və arvadını güldürürmüş.

Həkimlərin dediyinə görə, Frensis Gerbertin ölümünə dözmədiyi üçün həyata gözlərini yumub. Belə hallar bir-birini çox sevən cütlüklərdə müşahidə edilir:

“Bu zaman orqanizm həddən artıq stres hormonu ifraz edir və bu, qana düşür, bütün bədənə yayılaraq insanı öldürür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar