Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?

Yaponların bu addımı sirr olaraq qalırdı

Ötən əsrin 70-ci illərində Yaponiya SSRİ-dən tonlarla şüşə qırıqları alıb, sonra onu dənizə tökürdü. Sovet İttifaqında uzun müddət bu qəribə ticarətin sirrini öyrənməyə çalışırdılar. Sovetlər böyük məmnuniyyətlə böyük həcmdə şüşə qırıntısını taxta yeşiklərdə qablaşdırıb göndərirdi. Lakin yaponların dərhal tədarük edilən malı dənizə tökməsi də sirr olaraq qalırdı.

Əslində isə məsələnin məğzi başqaydı. Yaponlara şüşə deyil, şüşələrin qablaşdırılaraq, göndərildiyi taxta yeşiklər lazım idi. Küknar ağacından hazırlanan bu yeşiklər yaponlar üçün çox qiymətli xammal idi. O illərdə Yaponiyanın iqtisadiyyatı çətin günlər yaşayırdı və taxta istehsal etmək imkanı yox idi. SSRİ-nin ucsuz-bucaqsız Tayqa meşələri isə istənilən məhsulu taxta taralarla ixrac etməyə imkan verirdi. Qeyd edək ki, həmin illərdə Azərbaycanın “Badamlı” mineral suyu da yaponlar tərəfindən həvəslə alınırdı. Sonradan məlum olduğu kimi, suya və şüşəyə görə deyil, taxta yeşiklərə görə.

O ki, qaldı, dənizə tökülən şüşə qırıqlarına. Yaponlar şüşənin dənizin ekologiyasına zərər verməyəcəyini düşünmüşdülər. Onilliklər sonra dəniz sularının yuyub hamarladığı bu şüşələr bütün dünyada məşhur rəngli şüşələrdən ibarət çimərliyin yaranmasına səbəb oldu.(oxu.az)

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar