Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

7 milyonluq iş, 5 min xərac, 50 minə ev - İDDİA

Cəlilabada “qara maskalı” gələrsə…

Cəlilabada “qara maskalı” gələrsə…7 milyonluq iş, 5 min xərac, 50 minə ev
Azərbaycanın əyalətlərində sosial zülm, haqsızlıq, ətalət, “cəngəllik qanunları”, yuxarıların aşağılara qarşı irtica siyasəti hələ də davam edir.

Sosial şəbəkələrdə hər kəsin qara maskalı DTX əməliyyatçısını “ağ atlı oğlan” – yəni, xilaskar kimi öz rayonuna dəvət etməsi göstərir ki, mərkəzi hakimiyyət nə qədər islahatlar, idarəetmədə yeniliklər həyata keçirsə də, problem dərinə işləyib, köklüdür, əsaslı, radikal dəyişikliklər labüddür.

Bu reformalar isə ya yerli idarəetmə ilə bağlı struktur dəyişikliyini həyata keçirməkdir, məsələn, bütün İH-lərin ləğvi, bələdiyyələrə geniş səlahiyyətlərin verilməsi, ya da total şəkildə icra başçıları “təmizlənməli”, yeni və gənc komanda formalaşmalıdır.

Son 5 ayda 4 icra başçısı, onlarla icra nümayəndəsinin həbsinə baxmayaraq, görünür ki, bölgələrdə İH rəhbərlərinin iş prinsipləri dəyişməyib.
Əgər öz fəaliyyətinə korrektə etsəydilər, bunu “gözü çıxmış qardaş” – Ağstafa, YevlaxNeftçaladan dərs götürən Biləsuvarın icra başçısı edərdi.
Odur ki, növbəti bir rayonda əməliyyat təşkil edilsə, yenə icra başçısının tutulanlar kimi eyni işlə məşğul olduğu üzə çıxacaq. Amma bəzi bölgələrdə İH başçıları yeni təyin olunsalar da, heç nə dəyişməyib.

Reportyor.info-nun verdiyi xəbərə görə, onlardan biri Cəlilabaddır. Dövlət Reyestr Xidmətində vəzifəli şəxs olmuş, Əmlak Komitəsinin sabiq sədri Kərəm Həsənovun yaxın adamı olan Namiq Zeynalovun Cəlilabada icra başçısı təyin olunması rayonda hər hansı irəliləyişə səbəb olmayıb.

Əziz Əzizov necə qoyub getmişdisə, Cəlilabad elə də qalıb. Prezident N.Zeynalova etimad göstərməklə ondan gözləntiləri varıydı. Ümid olunurdu ki, başqalarına oxşamayacaq.

Amma Kərəm Həsənovun siyasi rəhbərliyə növbəti təqdimatı da etimadı doğrultmadı. Namiq Zeynalov Cəlilabadda narazılıq yaratmaqdadır.
Onun yardımların mənimsənilməsi, əhaliyə qarşı laqeydlik, karantin dövründə aztəminatlı ailələrlə, ahıl insanlarla maraqlanmaması haqda xəbərlər, şikayətlər dolaşır.

İcra başçısı nəinki sıravi vətəndaşları, hətta Komanlı kənd sakini, I qrup əlil olan Rəşad adlı şəxsə qarşı belə saymamazlıq etmişdi.

Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qalmışdı. Ona nə köməklik etmişdilər, nə də problemlərini dinləmişdilər.

Təyinatından bu yana onun rayonda nə kimi işlər gördüyü barədə məlumatlar olmasa da, sakinlərlə başçı arasında yaranan narazılıqlar barədə elektron kütləvi informasıya vasitələrində və sosial şəbəkələrdə kifayət qədər məlumatlar yayılıb.

KİV-lər yazırlar ki, kabinetindən çıxmayan icra başçısı rayondakı vəziyyətlə, camaatın problemləri ilə maraqlanmayıb.

N.Zeynalov bir aztəminatlı ailənin, sosial yardım alan yuvanın qapısını açmalı, soyuducusuna baxmalı, rayondakı işsizlik, sosial problemlər barədə tapşırıqlar verməliydi.

Amma baş verənlər onu göstərir ki, icra başçısı tutduğu postdan öz maraqlarını təmin etmək üçün bəhrələnir. İcra başçısı bir neçə əməliyyat sayəsində xeyli məbləğdə vəsaiti mənimsəməyə müvəffəq olub.

Belə ki, rayonda Uzun Təpə istiqamətində çəkilən yolun səkisinin abadlaşdırılması “Kolin” şirkəti tərəfindən həyata keçirilsə də, bu iş üçün büdcədən 7 milyon manat ayrılıb və həmin vəsaitin icra başçısı tərəfindən mənimsənildiyi iddiaları səslənir.

Digər bir iddiaya görə isə ərazi nümayəndələrinin illik hesabatının qənaətbəxş sayılması üçün onlara 3-5 min manat haqq qoyulub. Bu haqqı verməkdən imtina edən 7 ərazi nümayəndəsi vəzifəsindən çıxarılıb.
Bundan başqa, hər ay daxili ehtiyat fondundan rayonun Günəşli və Gəncan kəndlərinə material alınması adı altında vəsaitlər çırpışdırılıb.
N.Zeynalov Cəlilabadın keçmiş məhkəmə sədri Əliəjdər Ələkbərova məxsus evi 50 min manata ondan alıb. İcra başçısının qısa müddətdə bu qədər pula sahib olmasının özü xeyli suallar yaradır.

Vətəndaşların video müraciətləri, ittihamları da əsas yaradır ki, Cəlilabad rəhbərliyinin fəaliyyəti heç də xalqın və prezidentin istəklərinə uyğunlaşmır. 

pia.az

 


Etiket: DTX Cəlilabad

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar