Bazar, 23 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

6G texnologiyasının tətbiq tarixi açıqlandı

Yaponiya hökuməti 6G texnologiyasının tətbiq tarixini açıqladı

PİA.az ted.az-a istinadən bildirir ki, yapon mütəxəssislərinin fikrincə, 6G mobil rabitə şəbəkəsi 10 il sonra, yəni 2030-cu ildə istifadəyə veriləcək.

6G layihəsinin üzərində işləmək üçün Yaponiya Daxili işlər Nazirliyindən və Tokio Universitetindən kommunikasiya üzrə ekspertlərdən ibarət qrup yaradılıb. Layihəyə Yaponiyanın nəhəng telekommunikasya şirkətləri olan "Nippon Telegraph and Telephone" və "Toshiba" da qoşulacaq. Əldə olunan məlumata görə, 6G şəbəkəsi məlumat mübadiləsini 5G-dən 10 dəfə daha sürətlə həyata keçirməyə imkan verəcək. Dövlət rəsmiləri yeni şəbəkənin öyrənilməsi üçün 2,03 milyard dollar ayırılacağını bildirib.

Ötən il yenicə istifadəyə verilən 5G mobil rabitə şəbəkəsi hələ də kommersiya üçün kifayət qədər inkişaf etməyib.

Bəs buna səbəb nədir?

Texnologiya elə bir tələbatdır ki, müasir dövrdə bütün sahələrdə ona ehtiyac duyulur və olduqca sürətli şəkildə inkişaf edir. Texnoloji sferada olan inkişafa əsasən, deyə bilərik ki, 6G layihəsinin gündəmə gətirilməsi heç də 5G-nin uğursuz olduğunu göstərmir.

Qeyd edək ki, bu gün Azərbaycanda da V nəsil şəbəkə pilot versiyada istifadəyə verilib. İlin əvvəlindən isə ölkədə sözügedən şəbəkəni dəstəkləyən mobil cihazlar satışa çıxarılıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar