Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

6 min müəllim müsahibə mərhələsində iştirak edəcək


“Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd müraciət edib. Onlardan 40 minə yaxını test imtahanı mərhələsində iştirak edib. 6 minə yaxın müəllim növbəti müsahibə mərhələsinə keçid hüququ əldə edib. Həmin namizədlər üçün avqustun 21-dən etibarən müsahibə mərhələsi təşkil olunacaq”


APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eqi Bağırov deyib. Onun sözlərinə görə, bu gün səhər saatlarından hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçiriləcəyi tarix, məkan və saat barədə məlumatlar göndərilib.

Nazirlik rəsmisi qeyd edib ki, bütün namizədlər şəxsik səhifələrinə daxil olmaqla müsahibənin keçirilmə yeri və tarixi barədə məlumat əldə edə bilərlər: “Müsahibə mərhələsində namizədlərin peşəkar bilikləri yoxlanılacaq, açıq dərs formatında onlara təqdim olunmuş mövzular üzrə dərs aparacaq. Komissiya meyarlar üzrə qiymətləndirmə aparacaq və yekun qərar qəbul ediləcək. Bütün müsahibələr başa çatandan sonra əmr layihəsi hazırlanacaq və nəticələr elan olunacaq. Nəticə müəllim adını qazanan namizədlərin şəxsi səhifəsinə və əmr layihəsi yerli təhsili idarəemə orqanların göndəriləcək. İmtahan gələ bilməyən və ya müsabiqə şərtlərini ödəyə bilməyən namizədlər üçün əlavə test imtahanı və müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Təhsil Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda avqustun 21-26-da ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi bildirilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur. Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Ən çox oxunanalar