Xəbər xətti

23 OKTYABR

19:04 Kataloniya parlamenti müstəqilliklə bağlı qərar verə bilər

18:59 Bakıda Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edildi

18:53 Deputat da məhkumların qaçmasından danışdı

18:47 Türkiyə İŞİD sıralarında döyüşmüş keçmiş hərbçini Rusiyaya təhvil verib

18:41 Prezident “Azəravtoyol”a 4,8 milyon manat ayırdı

18:35 Sabahdan növbəti güclü geomaqnit qasırğası başlayır

18:29 Tillerson qəfil Əfqanıstana getdi

18:23 Avropa Şurasının baş katibi Əli İnsanova məktub ünvanlayıb

18:17 Partiyadakı sözçüsü Sərkisyanın gələcəyindən danışıb

18:11 İraq və Suriya ilə sərhəddə üçlü “türk dəhlizi”

18:05 Qaçan dustaqların axtarışı davam edir

18:00 Bakı-Quba yolunun kənarında kişi meyiti tapılıb

17:54 Vüsalə Əlizadə “Maşın” dan getdi

17:49 Türkiyə İraqın şimalıda əməliyyata başladı - 50 terrorçu məhv edildi

17:43 Gizli Kərkük müqaviləsi

17:38 Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək

17:33 Rusiya xarici işlər nazirinin müavini Fransaya səfir təyin olunub

17:29 Smartfonların məlum olmayan 7 faydalı funksiyası

17:24 Dolların sabaha olan məzənnəsi

17:20 “Exo Moskva” radiosunun əməkdaşını bıçaqlayan şəxsin adı məlum oldu

17:14 Abşeronda vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişlənib

17:06 Azərbaycanın İsraildən aldığı “Spayk” erməniləri qorxuya salıb - Fotolar

17:00 Monqolustan dağlarında 10 alpinist öldü, 7 nəfər itdi

16:55 Yazar Mevlut Tezel Azərbaycan xalqından üzr istədi

16:49 Azərbaycanda seysmik aktiv zonalar açıqlanıb

16:43 Azad Rəhimov: “Bəzi Olimpiya komplekslərinin inşası dondurulub”

16:37 Musiqili Teatrda “999-cu gecə” beynəlxalq layihəsi nümayiş olunub

16:32 Mingəçevirdə qız intihar etmək istədi

16:27 “Türkmənistan qazının Azərbaycana nəql olunmasında problem yoxdur”

16:24 Azərbaycanda dializ xəstələrinin sayı çoxalıb

16:20 Xüsusi təyinatlı vaqondan qaçan avtoritet kimdir?

16:16 Xanım jurnalist redaksiyada bıçaqlanıb

16:12 Alim Qasımov Nyu-Yorkda konsert verəcək

16:07 Sarkisyan təsdiqlədi: Rusiya ilə birgə qoşun yaradılır

16:03 Bu il Azərbaycanda 3107 zəlzələ baş verib

16:00 Conson: “Rusiyaya təzyiqimiz artan xətlə davam edəcək”

15:55 İranın daxili işlər naziri Azərbaycana səfər edəcək

15:50 Arzu Rəhimova yeni müavin təyin edilib

15:44 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a gedir

15:39 “Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır” - Kazimirov

15:33 Lavrov: “Ümid edirik ki, Bağdadla İraq Kürdüstanı müharibə etməyəcək”

15:28 Bakıda 30 yaşlı qadın özünü 8-ci mərtəbədən atdı

15:23 “Darıxanda gedirəm yoldaşımın yanına” - Yeganə

15:16 Türkiyə hökuməti Almaniyadan 81 nəfərin ekstradisiyasını tələb edib

15:11 “Teymur Əmrah bacımla evlənmək istəyirdi”

15:05 Qafqazın seysmik xəritəsi hazırlanır

15:00 Prezidentlərin Cenevrə görüşünün fiaskosu - Cəbhədə gərginlik artır

14:54 Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri bazar ertəsi də işləyəcək

14:48 “Exo Moskva” radiostansiyasına hücum olub

14:43 Azərbaycan, Türkiyə və İran XİN başçılarının Bakıda görüşü dekabrda keçiriləcək

14:37 Azərbaycan əsilli yazıçı beynəlxalq mükafat aldı

14:32 “Talassemiyanı uşaq ana bətnində olarkən aşkarlayırıq”

14:27 26 ildən sonra ilk dəfə ABŞ-ın nüvə qırıcıları döyüş hazırlığına gətirilə bilər

14:23 “Azərbaycanın Avropa Şurasından çıxması xalqın maraqlarına uyğun deyil”

14:18 Ucarda məktəbdə ölüm hadisəsi baş verib

14:13 “Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Sarkisyan barədə nə düşünürlər?”

14:08 “Bakcell” abunəçiləri ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər

14:04 Navalnı azadlığa çıxdı

13:59 “Heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir”

13:35 Əfqan hərbçiləri niyə fədakarlıq edir?

13:30 Taekvondoçularımız dünya reytinqidə birincidir - Siyahı

13:25 İsveç Şimali Koreyadan 43 il əvvəlki borcunu tələb edib

13:19 Vaşinqtona dəvətli olan Baş qərargah rəisi təyyarədən endirildi

13:19 Şahmatçımız nüfuzlu turnirdə iştirak edəcəklər

13:14 22 illik ailə həyatlarına son qoydular

13:13 Deputatlar hansı məntiqlə Azərbaycanın Avropa Şurasından çıxmasını tələb edirlər?

13:09 Daha 162 dövlət əmlakı hərraca çıxarıldı

13:04 Şəhidimiz dəfn edildi

12:59 Bu gün hava necə olacaq?

12:55 “Menyu”

12:50 “Ordumuz öz gücünü növbəti dəfə sübut etməyə hazırdır” - MN

12:46 Bərzani geri çəkildi – Noyabrın 1-nə təyin edilən seçki təxirə salındı

12:41 ABŞ hərbçiləri Cənubi Koreyada növbəti təlimə başlayacaqlar

12:37 Niderland səfiri Fikrət Hüseynli ilə bağlı Ukrayna baş prokuroruna müraciət edib

12:33 İtaliya səfirliyində rüşvət qalmaqalı: Tələbələrdən viza üçün pul alınıb?

12:28 “BakuBus” ötən ili 55 mln. manat zərərlə başa vurub

12:24 Hakim komanda böyük şansını itirir

12:19 Vaqif Mustafayev kimdir?

12:14 2018-ci ilin büdcə layihəsi tənqidlə qarşılandı

12:10 Robot poçtalyon yaradıldı

12:06 Penitensiar Xidmət iki məhkumun qaçması haqqında məlumat yayıb

12:02 Gömrük rüsumları bazarı çökdürür – Tikinti materialları fantastik bahalaşdı

11:57 İpoteka fondundkı qanunsuzluqlar - 32 milyonluq mənfəət bölüşdürülməyib…

11:53 Azərbaycanda qadağa: Uşaqlar dini məclislərə buraxılmayacaq

11:49 Mingəçevir sakini Bakıda dəm qazından boğulub

11:44 Bu gün FİFA ilin ən yaxşılarını mükafatlandıracaq

11:40 “Pul mənim üçün ikinci plandadır”

11:35 14 uşaq doğmaq istəyən müəllimə

11:30 “Azərbaycanın zəlzələ ocaqları tam öyrənilib”

11:26 Facebookla bağlı bilmədiyimiz ilginc detallar

11:21 II Yelizaveta Donald Trampı qəbul etməkdən imtina edib

11:17 “Azəristiliktəchizat” da səmərəsiz xərclərə yol verilib

11:13 Yıdız Tilbe bir müddət konsert verməyəcək

11:09 Hərcayi İran generalı, Kərkükün alınmasının gizli məqamları...

11:04 Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

11:00 Hemilton ABŞ Qran-Prisinin qalibi olub

10:56 Bığlı Mono Lizaya 743 min dollar verdilər

10:51 Elmar Məmmədyarov İtaliyaya səfər edib

10:46 Kəmaləddin Heydərov Şabranda qəbul keçirəcək

10:41 “AŞ-dan çıxsaq Azərbaycanla bağlı çox təhlükəli ssenarilər işə salınacaq”

10:37 Səyyar ASAN xidmət 8 məntəqədə

10:33 ABŞ İranı İraqdan çıxmağa çağırdı

10:28 İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb - 15 nəfər xəsarət alıb

10:23 Bakıda 4 nəfər maşının altında qalıb öldü

10:19 Bakıda qatardan qaçan məhkum kriminal aləmin üzvü imiş - Yeni faktlar

10:15 Əli Məsimli: “Valyutadəyişmə məntəqəsi açmaq üçün şərtlər çox ağırdır”

10:10 Kafedə qadınlar arasında dava - Bakıda

10:07 İran silkələndi

10:03 Dollar bu gün necəyə olacaq?

10:00 Cəbhədən yeni xəbər

9:57 Deputat: ““Avropa Şurası” adlı tribunanı erməniyə vermək olmaz”

9:53 Azərbaycanda yeni meyvə sortu yetişdirildi

9:50 “Azəristiliktəchizat”da qanunsuzluq - Hesablama Palatası açıqladı

9:47 Müxalifət “Avropa Şurasından çıxaq” çağırışlarını dəstəkləmədi

9:44 Azərbaycanda yol polisindən qəribə addım - Video

9:40 ABŞ-da atışma - 2 ölü, 1 yaralı

9:37 Bakıdan Şirvana qatarla aparılan 2 məhkum Biləcəridə qaçıb

9:33 Yaponiyada güclü qasırğa - ölən və yaralananlar var

9:30 Azərbaycanlı tələbə otaq yoldaşını qətlə yetirdi

9:27 Neftin qiyməti 58 dollara yaxınlaşır


CƏMİYYƏT

...

6 günlük uşaq, 6 metrlik quyu, səhər saat 6… - Lənkərandakı cinayətdə SATANİZM izləri

Tarix 09.08.17, 12:15

Font ölçüsü : - / +
bitmap-img6


Ötən ayın sonlarında Lənkəranda 6 günlük körpənin öldürülməsi bütün ölkədə ciddi rezonans yaratdı


Körpənin nənəsi Atifə Nuriyeva istintaqa verdiyi ifadəsində bildirib ki, hadisədən bir neçə saat əvvəl qadınlar “altıaxşamı” mərasimi keçirirmişlər.

 Bu mərasimə görə yeni doğulan körpənin ətrafına bıçaq, iynə, sancaq düzülür ki, cinlər körpəyə yaxın gəlməsin. Bundan başqa, həmin gecə körpəni cindən qorumaq üçün onun yanında böyük adam da qalır.

Həmin gecə 6 günlük Mələk Nurullayevanın yanında anası və nənəsi qalıb. Sübh tezdən ana körpəni yedizdirib, beşiyinə qoyub. Hadisə də bundan sonra, təxminən səhər saat 4-6 arasında baş verib. Oğlunun ikinci qızının doğulmasından narazı qalan nənə A.Nurullayeva iynələri və sancaqları körpənin bədəninə sancıb. "Düşündüm ki, hamı körpənin cinlər tərəfindən öldürüldüyünə inanacaq. Sonra bu fikrimdən daşındım. Fikirləşdim ki, birdən inanmazlar. Ona görə də, körpəni su quyusuna atdım",- deyə A.Nuriyeva istintaqa ifadəsində bildirib.

AzVision.az-ın əməkdaşı məsələni araşdırmaq üçün Lənkəranın Darquba kəndində olub. Bizimlə söhbət zamanı ailə üzvləri A.Nuriyevanın uşaqları çox sevdiyini, heç vaxt belə bir əməli törədə bilməyəcəyini vurğulayıblar. Mələk Nuriyevanın Dağıstandan gələn digər nənəsi Nüşabə xanımın işlətdiyi bir ifadə də diqqətimizdən yayınmayıb:

“- Həmin gecə nə baş vermişdi?

- Elə bil, bizi kimsə yatızdırdı. Bacımın da, mənim də yatdığımız otaqların pəncərəsi açıq olub. (Açıq pəncərələri bizə göstərir və oradan kiminsə içəri daxil ola biləcəyinə eyham vurur.) Elə istəyirdim ki, oyanım, amma oyana bilmirdim. Sanki sərxoş kimi idim. Gecə saat 2-3 arasında durduq, uşağa ana südü verdik. Yedirib, “kolyaska”ya qoyduq. Yatdım və bir də səhər 6 tamamda oyandım. Birdən evin gəlini yanıma gəldi və soruşdu ki, uşaq hanı? Gördüm, uşaq yoxdur. Dedim, bəlkə o biri nənəsi uşağı yanına aparıb. Getdik gördük ki, uşaq orada da yoxdur. Həyətə düşüb, evin hər tərəfini gəzdik. Elə bir yer qalmadı ki, baxmayaq. Birdən səs eşidik ki, qonşu gəlin quyunun ağzını açıb, qışqırır. Gedib gördük ki, uşaq quyunun içindədir. Yeni doğulan uşağı 40 gün şeytandan qorumaq lazımdır. Bəlkə də biz Mələyimizi şeytandan qoruya bilmədik”.

Hər kəs bu cinayətin arxasında bir sirrin dayandığına eyham vurur. Diqqət belə bir məqama yönəldilir ki, 6 günlük Mələk Nuriyevanın nənəsi tərəfindən ürəyinə iynə batırıldıqdan sonra məhz səhər saat 6-da 6 metrlik quyuya atılması (666 – İblis rəqəmi hesab olunur) şeytana qurban verilmə ritualı ola bilərdi.



İRŞAD İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev AzVision.az-a müsahibəsində bildirib ki, körpənin ürəyinə iynə sancaraq öldürmək adəti satanistlərə məxsusdur:

- 2000-ci ilin əvvəlində Azərbaycanda 15-16 nəfər satanist vardı. Bəlkə də indi onların sayı artıb. Satanistlər ildə bir-iki dəfə elə qurbanlar verirlər: baş kəsirlər, ürəyə iynə batırırlar… Lənkəranda törədilən bu hadisə də satanizmin adətlərinə uyğun gəlir. Ola bilsin ki, həmin nənə də öz nəvəsini şeytana qurban verib. Cənub bölgəsində onlar ciddi şəkildə özlərinə yer ediblər. Dini sektalar daha çox məhz qadınları idarə edə bilirlər. Rusiyada “Yahova şahidləri”nin ofisi bağlanandan sonra onlar qonşu ölkələrə axışıblar.

- Hazırda Azərbaycanda nə qədər satanist ola bilər?

- Bakıda satanistlərin sayı minumum 45-50 nəfər olar. Bu, böyük qüvvə deməkdir. Bir aktiv satanist 1000 nəfər qeyri-aktiv müsəlmandan çox iş görür. Mənim gördüyüm qədərilə Azərbaycanda satanistlərə, ümumiyyətlə, qeyri-ənənəvi sektalara qarşı mübarizə zəifləyib. Ona görə də, özlərini çox rahat hiss edirlər. Ekstrim sevən şəxslər asanlıqla satanistlərə qoşulurlar. Çünki oradakı adətlərin 90 faizi ekstremaldır.

Satanistlər çox güclü maskalanırlar. Onların maskasını cırmaq hər adamın işi deyil. Əsasən gecə klublarında insanları torlarına sala bilirlər. Əvvəlcə kitab aldırırlar. Sonra onu oxuyursan. Daha sonra sənin telefonunu götürürlər… Və tədricən özlərinə qoşurlar.

- O vaxtlar Binəqədi rayonundakı 18 mərtəbəli binanın yandırılmasını da satanistlərlə əlaqələndirənlər olmuşdu...

- Onlar ildə bir dəfə şeytana qurban verirlər. Bu, evin yandırılması yolu ilə də ola bilər.

- Bakıda daha hansı dini sektalar var?

- “Yahova şahidləri”, “7-ci günün adventistləri” və bunlardan ayrılmış bəzi sektalar var. Biz onlara “totalitar sektalar” deyirik. Çünki insanın bütün fizioloji və bioloji mənliyini ələ alır, şüurunu idarə edirlər. Xüsusilə də qadınlara qarşı alçaldıcı hərəkətlər törədirlər. Ayaq öpdürürlər, 3-4 nəfərlə eyni vaxtda cinsi əlaqəyə girməyə məcbur edirlər… Amma o qadın yenə sektadan uzaqlaşmır, çünki şüurunu idarə edilər.

- Satanistlər Bakıda harada cəmləşirlər?

- Onlar daha çox Bakının kəndlərində olurlar. Şəhərin mərkəzindəki gecə klublarında cəmləşirlər. Daha çox “Nizami” kinoteartrının ətrafındakı gecə klublarında onlara rast gəlmək olar.

Onların əsas bazası Amerikadadır. Oradan Avropaya, sonar Rusiya və Ukraynaya gedirlər. Rusiyada Stavrapol ətrafında cəmləşiblər. Oradan da müxtəlif yollara başqa ölkələrə keçirlər.

- Ola bilərmi ki, onların hansısa ölkədə konkret sayda insanı şeytana qurban kimi bir öhdəlikləri var?

- Mümkündür.

Azərbaycanda “sələfi” cərəyanının imamı kimi tanınan Hacı Qamət Süleymanov AzVision.az-a bildirib ki, körpənin hansısa sektanının gizli ayininə görə öldürülməsi istisna deyil: “Şeytana ibadət edənlər ölkəmizdə var. Bəzi xristian sektantları da öz uşaqlarını şeytana qurban verirlər. İslam dini isə belə halları ən böyük günahlardan sayır və qətiyyətlə pisləyir”.

Dini Qurumlarla İşi üzrə Dövlət Komitəsinin Lənkəran nümyəndəsi Qağayı Məmmədov hadisənin məişət məsələsi olduğunu deyərək, açıqlama verməkdən imtina edib. 

Azərbaycanda şiə təriqətinin tanınmış simalarından biri, “Məşədi Dadaş” məsciddin axundu Hacı Şahin isə bildirib ki, İslam dinində qız uşağının doğulması Allahın bir rəhməti kimi qəbul edilir: “Qız uşaqlarını diri-diri basdırmaq İslamdan öncəki cahilliyyət dövrünün xüsusiyyəti idi. Peyğəmbər də bu hallarla qətiyyətlə mübarizə aparırıdı. Hətta Qurani-Kərimdə deyilir ki, Qiyamət günü həmin insanlardan uşaqlarını niyə diri-diri torpağa basdırdıqları soruşulacaq. Uşağın cinsinə görə öldürülüməsi həm cinayət, həm də günahdır”.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

“Türkmənistan qazının Azərbaycana nəql olunmasında problem yoxdur”

bitmap-img3

Rakurs

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

bitmap-img3

Seçmələr

Kremlin böyür-başındakı erməni mafiozlar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru