Gəncə şəhər sakini parkda idman edərkən dünyasını dəyişib
Hadisə şəhərin Nizami küçəsində yerləşən parkda baş verib.
Şəhər sakini, 1951-ci il təvəllüdlü İsrafilov Rəddin Talıb oğlu parkda idman edərkən huşunu itirib.
Müayinə zamanı R.İsrafilovun ürək tutmasından vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır. (APA)
pia.az