Cümə axşamı, 22 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Qubad İbadoğlu

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov mətbuata məlumat verib ki, hər bir vətəndaşın topladığı sığorta haqqının ona 12 il müddətində ödənməsi nəzərdə tutulur. Ancaq bəzi vətəndaşlar isə pensiyaya çıxdıqdan sonrakı müddətdə 12 ildən çox müddətdə pensiya alırlar. Bu insanların topladıqları pensiya kapitalı bitsə də, onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam edir. 12 ildən artıq pensiya alanlar arasında yaşa görə pensiyaya çıxanlar daha çoxdur. Bu isə ölkə üzrə uzunömürlülük yaş həddinin artması ilə əlaqədardır. Nədənsə, dövlət məmuru pensiya çıxandan sonra 12 il yaşamayanlar barədə heç bir açıqlama verməyib”.

PİA.az-ın xəbərinə görə, bunu iqtisad professoru Qubad İbadoğlu deyib.

“Məsələ burasındadır ki, 1997-ci ildə Azərbaycanda doğulan şəxslərin gözlənilən ömür uzunluğu 71 ildir. 65 yaşında pensiya çıxan həmin şəxslər belə çıxır ki, orta hesabla 6 il pensiya alacaqlar, amma onlar pensiya çıxanda yığdıqları pensiya kapitalını 12 ilə, yəni 144 aya bölüb, ona aylıq ödənişlər ediləcək. Belə şəxslər ən yaxşı halda ödədiyi pulun 6 ilini, yəni 72 ayını ala biləcəklər.  Bəs, qalan 72 ayın ödənişindən nədən danışmırsınız?  Nədən gözlənilən ömür müddəti ilə pensiya yaşı arasında fərq 6 il olduğu halda onun ödənişi 12 ilə bölüb 6 ilini vermirsiniz? İllərlə sığorta haqqı ödəyib, pensiya kapitalı formalaşdırıb, pensiya yaşına çatmayanların  hesabında olan ödənişlərdən niyə danışmırsınız?”, deyə Q.İbadoğlu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bloger Mehman Hüseynov deputat Razi Nurullayevi biabır etdi - Fotolar

Məhkəmə sədrini polisə apardılar - General göstəriş verdi və... - Foto

"Bu mən deyiləm, mənim nömrəm deyil" - Hüseynbala Mirələmovdan açıqlama

Korrupsiya İdarəsi baş həkimləri saxladı: TƏBİB rəhbərliyində nə baş verir? - Baş Prokurorluqdan açıqlama - Yeniləndi

Sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun əxlaqsızlığı sosial şəbəkələrdə - Video

Nazirin töhmət verdiyi direktor necə şöbə müdiri olub?

Həbs edilən baş həkim generalın qohumudur - Foto

ATV-dən Zaurun verilişinin bağlanması ilə bağlı açıqlama

Türk generaldan Ermənistana: “Səsinizi kəsin, yoxsa Göyçəyə də, İrəvana da girərik”

"Aztelekom"ın rəhbərliyinə müvəqqəti təyinat olub - Yenilənib

Mirələmovun videosu hansı şəraitdə çəkilib, kim yayıb? - Təfərrüatlar

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovdan xəbər var

Ən çox oxunanalar