İspaniyanın Burqos şəhərində 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirib
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Rekoletas" xəstəxanasında suni mayalanma yolu ilə uşaq sahibi olan ananın bir oğlu və bir qızı olub. Bu hadisə tibb tarixində möcüzə hesab edilir.
Bu qadının həmin xəstəxanada 6 il öncə də sağlam bir övlad dünyaya gətirdiyi məlum olub.
Qeyd edək ki, dünyada uşağı olan ən yaşlı qadın hindistanlı Daljinder Kaurdur. O, 2015-ci ildə 70 yaşında ana olmuşdu.
pia.az