Balakəndə 61 yaşlı qadını minik avtomobili vurub
PİA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saat 07:30 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kənd inzibati ərazisindən keçən hissəsində baş verib.
Balakən rayonu Katex kənd sakini, 1957-ci il təvəllüdlü Əkrəm Murad oğlu Atayev idarə etdiyi "VAZ 2106" markalı "08 BE 991" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı, Katex kənd sakini 1956-cı il təvəllüdlü Ofelya Ələkbər qızı Məmmədovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan O. Məmmədova hadisə yerində ölüb.
pia.az