Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

600 min nəfərə aprel üçün 190 manatın ödənilməsi yekunlaşdı

Daha 100 min şəxsə birdəfəlik ödəniş edildi...

 

İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardandaha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.

PİA.az-ın xəbərinə görə, bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair ödənişlərin olunması prosesi yekunlaşdı.

Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib. Onlar göndərilən SMS-lərdə göstərildiyi qaydada poçt şöbələrindən və ya bank fililallarından vəsaitlərini alıblar.

May ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyi sifarişi ilə hazırlanan kartlar banklar tərəfindən hazırda onlara tədim edilir.

Digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, Nazirlik bu sahədə də şəffaflıq və ictimai açıqlıq prinsipini rəhbər tutur. Bu məqsədlə, birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısını da Nazirlik rəsmi saytında yerləşdirib. (http://sosial.gov.az/FWsiyah%C4%B1s%C4%B1/Siyahi600.pdf)

Xatırladaq ki, ötən dövrdə həmçinin,

- ünvanlı dövlət sosial yardımı alanların siyahısı (http://sosial.gov.az/udssiyahi),

- imtiyazlı şəxslərin mənzil və fərdi ev növbəliliyi siyahısı (http://sosial.gov.az/novbeyedayananvetendashlarinsiyahisi),

- imtiyazlı şəxslərin avtomobil növbəliliyi siyahısı (http://sosial.gov.az/avtomobilleteminat),

- mənzillə təmin edilənlərin siyahısı (http://sosial.gov.az/menzilleteminat),

- avtomobillə təmin edilənlərin siyahısı (http://sosial.gov.az/avtomobilleteminat),

- ödənişli ictimai işlərə cəlb edilənlərin siyahısı (http://sosial.gov.az/list-of-persons-involved-in-social-work)

da Nazirliyin saytında yerləşdirilib.

Eyni zamanda, özünüməşğulluq proqramına cəlb edilənlər və onlara təqdim edilmiş aktivlər, aktivlərin təhvil verilməsini əks etdirən rəsmi sənədlər (skan edilmiş formada), foto və videomateriallar da saytda (https://mas.mlspp.gov.az/selfemployment/) yer alıb. (Report)

pia.az


Etiket: 190 manat ƏƏSMN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar