Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

600-dan çox azərbaycanlı Rusiya ilə sərhədin açılmasını gözləyir

Koronavirus pandemiyasına görə iki ölkə arasında quru və hava əlaqəsi kəsildikdən sonra azərbaycanlılar Rusiya-Azərbaycan sərhədinə axışmağa başlayıblar...

Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi "Report"un Rusiya bürosuna müsahibəsində koronavirus pandemiyası səbəbindən iki ölkə sərhədində qalan soydaşlarımızın durumu və ümumi vəziyyəti dəyərləndirib.

- Rusiya dünyada baş verən epidemioloji vəziyyətlə əlaqədar Azərbaycanla sərhədi bağladı. Digər tərəfdən, Rusiyada işləyən və təhsil alan azərbaycanlılar Vətənə qayıtmaq üçün sərhədə üz tutdular. Bu günədək nə qədər azərbaycanlı sərhəddən keçə bilib?

Koronavirus pandemiyasına görə iki ölkə arasında quru və hava əlaqəsi kəsildikdən sonra azərbaycanlılar Rusiya-Azərbaycan sərhədinə axışmağa başladılar. Aprelin 4-də iki ölkə arasında sərhədlər müvəqqəti açıldı və 1 500 nəfər Azərbaycana qayıtdı. Bundan sonra Rusiya-Azərbaycan sərhədi yenidən bağlandı. Növbəti keçid aprelin 19-da baş tutdu, 548 nəfər Azərbaycana döndü. Mən gecə saatlarınadək onların hər birini Rusiyadan yola salmışam. Azərbaycan tərəfdə isə onları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qarşılayıb. Sonuncu adam keçənədək mən sərhəddə gözlədim. Onlardan yalnız bir nəfəri keçə bilmədi, çünki sənədlərində problem vardı. Hazırda sənədləri qaydaya salınıb və sərhədlərin açılmasını gözləyir.

Qani Panayev

- Bəs Rusiya-Azərbaycan sərhədinə gələn azərbaycanlılara necə yardım edirsiniz? Onların yerləşdirilməsində, ərzaqla təminatında problemlər varmı?

- İki ölkə sərhədinə gələn soydaşlarımızın hamısına yardım olunub və yerləşdirilib. İlkin mərhələdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun yardımı böyük oldu. Səfirlik Dərbənd şəhərində fəaliyyət göstərən mehmanxanaya pul ödədi, 155 nəfər oraya yerləşdirildi, ərzaqla təmin edildi. Dərbənd şəhərinin rəhbərliyi də onlarla insanı yerləşdirdi. Mənim qonaq evimdə və digər şəxsi evlərdə də qalanlar çox oldu. Hazırda isə Rusiya Azərbaycanlıları İttifaqı “Moy Lyubimiy Qorod” fonduna vəsait köçürüb. Azərbaycanlıların yerləşdirilməsi ilə şəhər administrasiyası yaxından məşğul olur.


- Azərbaycanlıların küçələrdə, dayanacaqlarda məskunlaşdıqları ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılıb. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Bu cür videolar aprelin 20-də yayılmağa başladı. Biz isə azərbaycanlıları aprelin 19-da yola salmışıq. Ancaq aprelin 20-si yenidən Rusiya-Azərbaycan sərhədinə üz tutanlar oldu və onlardan əvvəldən xəbərimiz olmadı. Təbii ki, ola bilməzdi, çünki onlar sərhədə heç bir məlumat vermədən gəlirlər. Aprelin 21-i 80 adamı bir, 20 adamı isə digər mehmanxanaya yerləşdirdik və ərzaqlar təmin etdik. Ancaq adamlar getdikcə daha da artırdı. “Qullar” sərhəd-keçid məntəqəsində anbar var, oranı da Pyatiqorsk azərbaycanlılarının dəstəyilə yataq dəstləri ilə təmin etdik. Rusiya Azərbaycanlıları İttifaqının köməkliyi ilə həmin anbardakı soydaşlarımızın bir qismi, yəni 90 nəfər “Qullar” sərhəd-keçid məntəqəsinin yaxınlığındakı mehmanxanalarda yerləşdirildi. Anbardakılar isə özləri orada qalmaq istədi. Bundan başqa, 50-yə yaxın adam öz hesablarına mehmanxanalara yerləşib, onlarla da əlaqəmiz var və ərzaqla təmin edirik. Hazırda küçədə heç kim yoxdur. Eyni zamanda bu günlərdə 200 nəfərlik isti çadırlar da qurulub. Tibb çadırı da fəaliyyət göstərir, hər kəs lazımi dərmanlarla təmin olunur. Pul ehtiyatımız da var. Qadınlar və uşaqlar isə evlərə yerləşdirilib.

- Dərbənd şəhər rəhbərliyi necə yardım göstərirmi? Hazırda Rusiya-Azərbaycan sərhədində nə qədər azərbaycanlı var?

- Dərbənd şəhər dairəsinin rəhbəri Xizri Abakarov ilk gündən azərbaycanlılara yardım göstərməyə başladı. Rusiya-Azərbaycan sərhədinə gəlib köməyə ehtiyacı olan insanlar üçün maliyyə yardımı ayrıldı. Azərbaycan rəhbərliyi iki ölkə sərhədində qalan azərbaycanlılarla yaxından maraqlanır, hər kəsə diqqət ayrılır. Diasporla İş üzrə Dövlət Komitəsi ilk gündən səsimizə səs verdi, səfirliyin böyük köməkliyi oldu. Aprelin 19-dan Rusiya Azərbaycanlıları İttifaqı da prosesə qoşuldu və zəruri yardım göstərilir. Bu çətin günlərdə Polad Bülbüloğlu, Fuad Muradov, Füzuli Məmmədov xalqa yardım etdilər. Bu, Azərbaycan xalqının həmrəyliyi deməkdir. Hazırda sərhəddə və Dərbənd şəhərində Azərbaycana keçmək istəyən 650-ə yaxın adam var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar