Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 yaşlı uşaq anasının həyatını qurtardı: “Cizgi filmdə görmüşdüm…”


İngiltərədə 5 yaşlı oğlan izlədiyi cizgi film sayəsində anasının həyatını xilas edib


Virtualaz.org xəbər verir ki, hadisə İngiltərədə, Linkoln qraflığında baş verib.

30 yaşlı Cemma Haris pilləkəndən yıxılaraq huşunu itirib. Başından yaralanan qadın gözlərini açanda 5 yaşlı oğlu Alfinin sakitcə təcili yardıma zəng etdiyini görüb. “Daily Mail” yazır ki, azyaşlı bunu baxdığı cizgi filmdə öyrənibmiş.



“Əgər Alfi olmasaydı, bilmirəm necə olardı. Mən telefonu götürmək üçün tərpənə bilmirdim”, - deyə C. Haris bildirib.

O, öz yaşadığı evdə pilləkənlə yuxarı qalxarkən oğlunun oyuncağına ilişib və yıxılıb. Ancaq qışqıraraq oğlunu çağıra bilib. Həyat yoldaşı işdə olduğundan evdə köməyinə gələ biləcək ancaq Alfi olub. Anasını yerdə huşsuz halda uzanmış görən uşaq təcili yardıma zəng edib. Sonra evin ünvanını onlara söyləyib və küçəyə çıxaraq təcili yardım əməkdaşlarının gəlmələrini gözləyib.

Cemma Linkoln qraflığında xəstəxanaya çatdırılıb. Qadın orada müayinə olunub və ciddi zədəsi olmadığından bir neçə saatdan sonra evə buraxılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar