5 yaşlı Encel Pakistanda anadan olub, lakin il yarım öncə ailəsi ilə birlikdə Avstraliyaya köçüb
Virtualaz.org “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, qızcığaz nadir xəstəliyə - anadangəlmə lipomatoz sindromuna tutulub və ayaqları 54 ölçüyə qədər şişib.
Balaca Encelin pəncələri o qədər ağırdır ki, o, çətinliklə hərəkət edir və hər bir addım ağrılarla müşayiət olunur.
“Mən bu ayaqlardan qurtulmaq istəyirəm, yeni ayaqqabı və rəqs etmək arzusundayam”, - hər iki pəncəsi amputasiya olunacaq qız deyir.
Bildirilir ki, dünyada cəmi 200 nəfər bu xəstəlikdən əziyyət çəkir.
pia.az