Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 prokurorluq işçisi işdən çıxarılıb


Bu gün Bakı şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib


Müşavirədə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, 2017-ci ilin birinci yarısında müxtəlif xətalar törətmiş 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub.
 
Tələb edilib ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
 
Bundan başqa qeyd edilib ki, ölümlə nəticələnən 87 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən bağlı qalanı olmayıb.
 
Həmçinin şəhərin prokurorluq orqanlarının icraatında olmuş 551 işdən 276-sı, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 5490 cinayət işindən 2369-nun istintaqı tamamlanıb.
 
Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 1 milyon 275 min manat maddi ziyandan 13.6%-i yəni, 168 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 13 milyon 761 min manat maddi ziyandan 55%-i yəni, 7 milyon 562 min manatı istintaq zamanı ödətdirilib.
 
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, yol verilmiş nöqsanlar da diqqətə çatdırılıb. Quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq onlardan 7 cinayət faktının tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar