Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 ölkənin xarici işlər nazirləri Moskvada görüşdü

Nazirlərin görüşündə Həştərxanda keçiriləcək Xəzər sammitinin gündəliyi müzakirə olunub


Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı keçirilib. Nazirlərin görüşündə bu ilin payızında Həştərxanda keçiriləcək Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədləri müzakirə olunub.

2010-cu ildə Bakıda keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi üzrə ekspertlər səviyyəsində görülən işlər təhlil edilib. Konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edirlər.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun görüşün nəticələri ilə bağlı açıqlama verib.

Xələf Xələfovun sözlərinə görə, Türkmənistanla-Azərbaycan arasında Xəzər dənizinin bölüşdürülməsi istiqamətində danışıqlar davam etdirilib: “Danışıqlar hələ yekunlaşmayıb. Hər iki dövlətin nümayəndələri arasında ara-sıra görüşlər geçirilir. Məncə hər hansı bir mübahisəli yataqdan danışmaq yersizdir”.

Konfransa ev sahibliyi edən Rusiyanın xarici işlər naziri Serqey Lavrov həmkarlarının ortaq təşəbbüslər ətrafında bir araya gəldiklərini vurğulayıb. Lavrov deyib ki, biz burada sülh, sabitlik və nəzərəçarpacaq inkişaf şəraitində olan Xəzəryani region üçün, xalqlarımızın tərəqqi və intibahı üçün göstərdiyimiz təşəbbüslər ətrafında, zamanın sınağından çıxmış yaxşı qonşuluq münasibətləri ətrafında birləşmişik.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar