57 yaşlı aktyor Xyu Qrant və 39 yaşlı sevgilisi Anna Eberşteyn münasibətlərini rəsmiləşdiriblər
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük Londonda nikah mərkəzlərindən birində görüntüləniblər. Anna və Xyu ora yaxınları və dostları ilə birlikdə gəliblər.
Sevgililərin gizli və qəfildən nikaha girməsinin səbəbi bəlli deyil. Onlar 6 ildən çoxdur ki, birlikdədir və üç övladları var.
pia.az