Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

57 ölkə Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi


57 ölkəni sıralarında birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib


Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuda yerləşən beynəlxalq katibliyindən Trend-ə verilən məlumata görə, 57 ölkəni öz sıralarında birləşdirən və BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası (XİNŞ) Xocalı faciəsinin soyqırım aktı olduğunu bir daha təsdiqləyib.

Mayın 27-28-də Küveytdə keçirilən İƏT XİNŞ-in 42-ci sessiyasında Forumun sədri Elşad İskəndərovun başçılığı ilə iştirak edən nümayəndə heyəti tərəfindən xüsusi qətnamə irəli sürülüb. XİN Şurası yekdilliklə qəbul etdiyi “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu haqqında” adlı qətnamədə (N.: 8/42-C) Xocalı faciəsini soyqırım aktı adlandıraraq İƏT üzv ölkələrini insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq və milli səviyyələrdə tanınması üçün lazımi səy göstərməyə çağırıb. Qətnamə eyni zamanda, “1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən qətliamın insanlığa qarşı cinayət olduğunu bildirərək İƏT-ə üzv dövlətləri və İƏT qurumlarını “Xocalıya Ədalət” kampaniyasında fəal iştirak etməyə və həmçinin Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunması üçün” çağırış edib.

Bununla yanaşı, İƏT Xarici İşlər Nazirləri 2015-ci ilin yanvar ayında DƏ-İKGF və İƏT Parlamentlər İttifaqı (İƏT Pİ) arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandumu təsdiq edib və sözügedən Memorandumda nəzərdə tutulmuş iki qurum arasında “Xocalıya Ədalət” kampaniyası çərçivəsindəki əməkdaşlığa hərtərəfli dəstəyin göstərilməsinə xüsusi qeyd edib.

Konfransın işində iştirak edən DƏ-İKGF sədri qətnamənin qəbul edilməsi münasibətilə İƏT-in aparıcı ölkə heyətləriylə görüşərək Forumun fəaliyyətlərinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib, həmçinin qərardan irəli gələn məsələlərdə birgə fəaliyyət məqsədilə konkret addımlar müzakirə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar