Gəncədə dəm qazından zəhərlənmə olub
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1960-ci il təvəllüdlü Məmmədova Solmaz Allahverdi qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
O dərhal xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərildikdən sonra S. Məmmədovanın vəziyyəti normallaşıb.
pia.az