Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

54 yaşlı kişini öldürən şagird cəzalandırıldı



Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayon sakini Elnur Heybətovun (1999-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb


Ötən il oktyabrın 13-də daxil olan məlumat əsasında Xızı RPŞ və prokurorluq əməkdaşları Xələnc kəndində yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan kənd sakini Xasməmməd Rəsulovun (1960-cı il təv.) meyitini aşkar ediblər. Elə həmin gün şübhəli şəxs qismində kənd məktəbinin 8-ci sinif şagirdi Elnur Heybətov saxlanılıb. 

İstintaqın gedişatında məlum olub ki, Rəsulovun və Heybətovun mübahisəsi öncə məktəbin həyətində başlayıb. Xasməmməd Elnurun anasının ünvanına nalayiq sözlər işlədib, onları ərazidə olan məktəblilər ayırıblar. Dərsdən sonra Elnur öz evinə gedərək mətbəx bıçağı götürüb və Rəsulovun yaşadığı vaqon tipli evə gəlib. Qapının qarşısında Xasməmməd onu hansı səbəbdən vurmasını soruşduqda, sərxoş vəziyyətdə olan Rəsulov təkrarən onun anasını nalayiq sözlərlə təhqir edib. Əsəbiləşən yeniyetmə qəflətən bıçaqla ona üç zərbə vurub, aldığı xəsarətlərdən Rəsulov yerindəcə keçinib. 

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməklə, ifadəsində göstərib ki, cinayəti mərhumun söydüyü söyüşə görə törədib. O əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkən tərəf isə iddia edib ki, məktəbli ilə yanaşı Xasməmmədin qətlində onun atası da iştirak edib. Bildirilib ki, Əfqanıstan müharibəsi veteranı olmuş Xasməmməd yatmış vəziyyətdə qətlə yetirilib.    

Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlib ki, Elnur Heybətov qəsdən adam öldürməklə CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. 

Məhkəmənin hökmü ilə E.Heybətov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar