Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

54 saylı dairədən deputatlığa namizədlər Prezidentə müraciət etdi

54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən qeydə alınmış müstəqil namizədlər Prezident İlham Əliyevə müraciət edib...

PİA.az-ın xəbərinə görə, müraciətdə bildirilir:

“Biz-54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən qeydə alınmış müstəqil namizədlər təbliğat-təşviqat dövrü və seçki günü bir sıra ciddi qanun pozuntuları və seçki saxtakarlığı ilə qarşılaşmışıq. Bu qanun pozuntuları və saxtakarlıq faktları aşağdakılardır:

1. Təbliğat-təşviqat dövrün və seçki günü namizəd Sadiq Qurbanovun xeyrinə yerli icra orqanlarının prosesə kobud müdaxiləsi;
2. Seçki qutularına topa bülleten atılması;
3. Əvvəlcədən kütləvi halda bülletenlərin sol küncünün kəsilməsi;
4. Məntəqələrdə elektrik enerjisinin olmaması və səslərin qaranlıq şəraitdə sayılması;
5. Qeydə alınmış namizədə xəsarət yetirməklə fiziki təzyiqlər;
6. Vəkil edilmiş səxslərə,səlahiyyətli nümayəndələrə və müşahidəçilərə təzyiqlər;
7. Rayon ərazisində olan şirkət və dövlət idarələrinin rəhbərlərinə Sadiq Qurbanova səs verilməsi ilə bağlı təzyiqlər”.

Deputatlığa qeydə alınmış namizədlər qeyd edib ki, qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına dəfələrlə müraciət olunub:

“Əlimizdə olan video-foto faktları araşdırılması üçün bu quruma təqdim etmişik. ŞabranSiyəzən rayonlarında yaşayan 52 315 seçicinin iradəsini nəzərə alaraq xahiş edirik ki, qanun pozuntularının obyektiv araşdırılması üçün işi nəzarətə götürəsiniz”. (MilliYol.Az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar