Bakıda intihar hadisəsi baş verib
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 50 yaşlı Həbib Ələkbər oğlu Mirzəyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
pia.az