Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

500 avro ilə bağlı problem: Bankların komissiya haqqı nə qədər qanunidir?

Bank üzrə mütəxəssis 500 avronun Avropada belə qəbul olunmadığını bildirir...

Ekspert: “Mən 500 avro ilə Avropaya gedən zaman bəzi yerlərdə demişdilər ki, xırda yoxdur. Çünki 500 avroya artıq şübhə ilə yanaşırlar”

Bu sözləri bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bankların 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyən etməsi barədə PİA.AZ-a danışarkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib. Bu, o deməkdir ki, vətəndaş 500 nominallı avro əsginası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq bir faiz ödəməlidir. Məsələn, 500 əsginaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir. Halbuki bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginaslarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Bankların heç bir iqtisadi əsas olmadan bu tip komissiya haqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının, hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq, əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər.

Sual olunur: Bu komissiya haqqı qanunlara nə dərəcədə uyğundur? Bankların bu tətbiqi sırf daha çox qazanmağa hesablanıb, yoxsa burada başqa məqsədlər də var?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun fikirlərini öyrənib.

Ekspertin fikrincə, banklar müştəridən 500 avronu qəbul etsələr də, müştərilər bankdan 500 avronu qəbul etmirlər. Çünki müştərilər, əsasən, xırda pul tələb edirlər. Ehtimal olunur ki, banklar bu səbəbdən 500 avro üçün komissiya haqqı müəyyənləşdiriblər.

Əkrəm Həsənov: “Banklar milli valyuta üzrə banklar heç bir komissiya tutmamalıdırlar, lakin xarici valyutada belə bir məhdudiyyət yoxdur”.

“500 avro məsələsi üzrə qanunvericilikdə heç bir qadağa yoxdur. Yəni banklar xarici valyuta ilə aparılan əməliyyatlar üzrə istənilən komissiya haqqı tuta bilərlər. Yalnız milli valyuta üzrə banklar heç bir komissiya tutmamalıdırlar. Lakin xarici valyutada belə bir məhdudiyyət yoxdur. Bu, məsələnin qanunvericiliklə bağlı tərəfidir.

Məsələnin faktiki iqtisadi tərəfinə gəldikdə isə önəmli məsələ bankların bundan ancaq qazanc məqsədi güdüb güdməməsi yaxud da başqa xərclərinin olub olmaması məsələləridir. Çünki bu məsələlər birmənalı deyil. Yəni biz bilirik ki, Avropa Mərkəzi Bankı və onun tərkibinə daxil olan digər Avropa dövlətlərinin mərkəzi bankları bu il aprelin sonundan başlayaraq artıq 500 avroluq əskinas çap etmirlər. Amma indiyədək buraxılan əskinaslar qüvvədədir və istifadə olunur. Bu da məsələnin digər tərəfidir.

Avropa%20M%C9%99rk%C9%99zi%20Bank%C4%B1.jpg" width="620" height="350" />

Əkrəm Həsənov: “Kimsə bizim banklardan avro alır və xaricə gedir. Lakin Avtopada bank 500 avronu qəbul etmir, xırda pul tələb edir”.

Yəni Avropada o pulları bu gün hələlik qəbul edirlər. Lakin buna baxmayaraq, digər Azərbaycan kimi ölkələrdə, hətta Avropanın özündə də, təbii ki, kimsə artıq bunu qəbul etməyə bilər. Məsələn, mən Avropaya 500 avro ilə gedən zaman bəzi yerlərdə demişdilər ki, xırda yoxdur. Çünki 500 avroya artıq şübhə ilə yanaşırlar. Bu isə müəyyən problemlər yaradır. Bu, hələ Avropanın özündə belədirsə, bizdə də artıq bu məsələ problem var. Nəinki banklar, hətta ayrı-ayrı şəxslər də 500 avronu qəbul etmirlər.

Nəticədə, bu, ona gətirir ki, bizim banklar müştəridən 500 avronu qəbul edir, amma sonra o pulu kiməsə verə bilmirlər. Kimsə bizim banklardan avro alır və xaricə gedir. Lakin Avtopada bank 500 avronu qəbul etmir, xırda pul tələb edir. Yəni Avropada bankların belə bir problemi var. Deməli, bu 500 avronu Avropada bəziləri qəbul etmirsə, o zaman bank da problem yaşayacaq ki, bu 500 avro ilə nə etsin.

Deməli, bank o pulu ya avropalıya verməlidir, ya da necəsə göndərməlidir. Bu isə artıq xərcdir. Bizim bankların belə xərci yarandığı üçün, ola bilər ki, onlar da bu xərci bağlamaq məqsədilə komissiya haqqı müəyyən ediblər. Bu, dəqiq məlumat deyil, çünki qazanc götürmək və xərcləri bağlamaq məqsədilə də edə bilərlər. Ona görə də, bu durum başa düşüləndir. Çünki qeyd etdiyim kimi, çoxları artıq 500 avronu qəbul etmir.”

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar