Bazar ertəsi, 18 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

5-ci başqana sözardı...


Kimin nə deməsindən və düşünməsindən asılı olmayaraq, bu, bir tarixi gerçəklikdir!..


200 illik bir tarixi dönəmdə zaman-zaman dar ağacına qaldırılan və edam kötüyünə endirilən, "xətti imzalar içinində" itən bir milləti ilk istiqlala qovuşduran gerçəklik...

İndi adına ADR-də deyə bilərsiniz, AXC-də. Bu artıq öz işinizdir...
 
Bəs Müsavat? 

- Müsavat Azərbaycan adlı bir eşqin, SEVDAnın gerçək aşiqidir. 

Bəli, bəli, düz eşitdiniz: miskin yox, gerçək aşiqi...

Nəsiminin təbirincə desək, neçə illərdir, "bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz" 

...Azərbaycanda quruldu, amma 4 başqanı mühacirətdə belə bu SEVDAdan dönmədi, əl çəkmədi... 

Mən "Rəsulzadə-Elçibəy yolu" deyilən bir məfhumu qəbul etməmişəm. Çünki Elçibəy yolu yoxdur. Bu, Rəsulzadə yolu, Müsavat yoludur: bütün Azərbaycanı, xalqları özündə birləşdirən yol... 

Rəsulzadə bu sevdanın ilk yolçusu olub; 

mərifəti, 
şəriəti, 
təriqəti 
və həqiqəti ilə...

Elçibəy də məhz bu yolun davamçısı idi... 

Təfərrüata varmıram, sadəcə, bu tarixi unutmayın!

Bu da Müsavatın başqanları:

- İlk qurucusu Məhəmməd Əmin Rəsulzadə;
- İkinci başqanı Mirzə Bala Məmmədzadə;
- Üçüncü başqanı Kərim Odər;
- Dördüncü başqanı Məhəmməd Azər Aran;
- Beşinci başqanı İsa Qəmbər...

5-ci başqanı onu yenidən Azərbaycana qaytardı... Özündən əvvəlki sələfləri kimi bütün tənqidlərə, təhqirlərə, təzyiqlərə baxmayaraq ləyaqətlə mübarizə apardı. 

Əslində, bununla Azərbaycan tarixinə "Müsavat" adlı bir ləyaqət anlayışı oturuşdu və əgər alın yazısı deylən bir şey varsa, demək, Müsavat Azərbaycanın alın yazısıdır... 

Sabah İsa Qəmbər başqan postu ilə vidalaşacaq, bəlkə də, bir daha başqan olmayacaq, amma Müsavat hər zaman olacaq. Çünki o, Azərbaycanın olmadığı 70 illik bir dönəmdə yenə də var oldu. 

Bir sözlə, Müsavat Azərbaycanın varoluşudur: 70 il bizə hakimlik edən "sovet" adlı bir zehniyyətə damğa vuran və onu beyinlərdən silən varoluş...

Sartrın dili ilə desək, bu varoluş özdən öncə gəlir... Azərbaycan insanı özünü, tarixini ancaq bu gerçəklikdə tapa bilər... 

Dekart isə insanın varoluşunu onun düşünməsi ilə əlaqələndirirdi. Düşünmək isə insana azadlıq – azad düşüncə, azad hərəkət, azad söz imkanı verir. Müsavatçılıq da Azərbaycan insanına bunu təlqin etdi. 

Prezidentliyin bir addımlığından Müsavatın sıravi üzlüyünə belə dönmək arzusu və mübarizə aparmaq əzmi özü də bir LƏYAQƏTDİR. Və bu, həm də tarixi nümunədir... 

Uğurlar, İsa bəy!

Görək VIII qurultayın 6-cı başqanı bu yolu necə gələcək və necə gedəcək?!
Etiket:
loading...
-->