Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5-ci kolonla mübarizədə Ukrayna nümunəsi: Moskvaya bağlı bütün telekanallar bağlandı

“Ukraynanda müxalifət telekanallarının bağlanması Rusiya üçün çox güclü şok effekti yaradıb”.

PİA.az xəbər verir ki, Ukraynanın Daxili İşlər nazirinin müavini Valeriy Potseluyko mətbuata açıqlamasında belə deyib.

Onun fikrincə, Prezidentin təqdimatı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) atdığı bu addımlar çox güclü effekt verib: “Medvedçuk və Kozak kanallarının bağlanması Rusiyanın Ukraynadakı təsir alətinə bir zərbədir. Mən əminəm ki, bu, Rusiya üçün çox güclü zərbədir", — deyə o, "Observer" telekanalına açıqlamasında belə deyib.

Potseluyko Moskvanın bu addıma cavab verəcəyini də istisna etməyib və Kiyevin istənilən reaksiyaya hazır olduğunu vurğulayıb. “Bu mütləq baş verəcək. Məsələ yalnız ondadır ki, nə vaxt və hansı dərəcədə yaşanacaq”.

Qeyd edək ki, fevral ayında Ukrayna lideri Vladimir Zelenskinin fərmanı ilə ölkənin "112 Ukrayna" teleradio şirkətinə, onun regional şöbələrinə, "Ariadna TV", "Novıy format", «ТV Vıbor», «Partnyor ТV», «Lider ТВ», və həmçinin «Novovsti 24 çasa» (NewsOne) kimi televiziya kanallarına qarşı restriksiya tədbirlər görülmüş və onlar bağlanmışdı.

Zelenski bu qərarını "Rusiyanın təbliğat maşını" ilə mübarizə olaraq səciyyələndirmişdi.

Zelenskinin fərmanı fevralın 3 - dən etibarən həyata keçirilməyə başlanmış, elə həmin gün Ukrayna Mədəniyyət Nazirliyi MTŞ-nin qərarına uyğun olaraq telekanallarının bloklanması barədə YouTube administrasiyasına sorğu göndərilmişdi.

Fevralın 26-da bağlanan teleşirkətlərin işçiləri Zelenskinin fərmanına müqavimət göstərmək məqsədilə “Pervıy nezavisimıy kanal” adlı yeni tele-kanal işə salmışdılar. Amma tele-kanal cəmi 1 saat ərzində efirdə olmuş, bundan sonra yayımı kəsilmişdi.

Martın 5-də isə Ukrayna hökumətinin təzyiqi ilə YouTube videohostinqi "112 Ukrayna"telekanalının onlayn yayımını da bloklamışdır.

Məlumata görə, Azərbaycanda da Ukraynanın bu təcrübəsi öyrənilir və bənzər addımların atılması gözlənilir. Bizdə də Rusiyanın milli maraqlarını öz ölkəmizin mənafeyindən daha üstün tutan tele-kanallar fəaliyyət göstərir. Bəzi xaricdəki söyüş müxalifətinə bağlı internet TV-lərin də Kremlin sifarişini yerinə yetirdiklərinə dair şübhələr var. Bir çox saytlar da həmçinin.

İndiyədək bəzi telekanalların məhz bu üzdən bağlandığı, bəzilərinin isə kollektivinin dəyişdirildiyi bildirilir. Azərbaycan ictimai rəyini yad təsirlərdən qorumaq üçün bu bloklama siyasətinin yaxın zamanlarda daha geniş vüsət alacağı da istisna edilmir. (Ovqat.com)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar