Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik”

Hafiz Hacıyev: “Biz susduqca, separatçılar Qarabağda cəfəng ildönümləri qeyd edəcəklər”

Azərbaycan hələ ki, Dağlıq Qarabağda mövcud olan erməni separatçılarının həyasızlığı, məkirli niyyətləri ilə üz-üzədir. Proseslər Rusiya sülhməramlıları ilə ermənilərin paralel iştirakçılığı ilə aparılır. Baş verən hadisələr haqlı olaraq Rusiya ordusunun Azərbaycana sülhyaratma missiyası ilə deyil, ermənilərin Azərbaycan daxilində bir çiban, xəstəlik kimi cücərdilməsinə xidmət etmək məqsədi ilə gəldiyini ifadə edir. Azərbaycanın Dağlıq Qarabağında Azərbaycan qanunları, idarəçiliyi işləmədikcə, erməni işğalçılığının yeni mərhəldə start götürən məkiri planları ilə qarşılaşacağıq.

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev çox ziddiyyətli məqamlara aydınlıq gətirib.

Azərbaycanın müəyyən dairələru bu məsələləri susqunluqla qarşılayır”

- Hafiz müəllim, bu gün Dağlıq Qarabağda qalan erməni tör-töküntülərinin Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycan qanunlarını saymadan özbaşına, saymazyana keçirdiyi tədbirlər nəyə hesablanır?

- Erməni separatçılarının ruslarla birlikdə Azərbaycan daxilində etdiyi özbaşına hərəkətləri bəlkə də qızışdırıcı, şirnikləndirici, yaxud kimlərinsə təsiri altında baş verən addımlardır. Ermənistan özünün işğalçılıq, faşist ideologiyasından əl çəkmir. Bu saat Qarabağda qalan ermənilər böyük ordu yaratmaq əzmindədirlər. Əminəm ki, ermənilər heç nə əldə edə bilməyəcəklər. Amma yenə də biz öz sayıqlığımızı əldən verməməliyik. Ermənilər qələt edirlər, heç nə edə bilməzlər.

Mənim xoşuma gəlməyən məsələ odur ki, Azərbaycanın müəyyən dairələru bu məsələləri susqunluqla qarşılayırlar. İstəməzdim ki, bu susqunluq davam etsin. Biz susduqca separatçılar Qarabağda cəfəng ildönümləri qeyd edəcəklər. O dəstənin başını əzmək lazımdır. Bunlar Azərbaycan torpaqlarında qalmaq istəyirlərsə, yerlərini bilməlidirlər. Hesab edirəm ki, Azərbaycan ordusu erməni terrorçularını Qarabağdan təmizləmək üçün yenidən hərbi əməliyyatlara başlamalı, antiterror əməliyyatları keçirməlidir. Biz torpaqlarımızı ermənilərə, ruslara verə bilmərik. Gör bunlar nə qədər qudurublar ki, Qarabağda Dağlıq Qarabağ separatçı rejimin müstəqillik gününü keçirirlər. Buna görə də ağzımıza su alıb dura bilmərik. Ermənilərin nazı ilə çox oynamışıq və nəticələrini də görmüşük. Biz tam qələbəyə millət, dövlət, xalqla Ali Baş Komandanın birliyi sayəsində nail olacağıq. Çox təəssüflər olsun ki, hələ ki, Ali Baş Komandanın ətrafında olan müəyyən xəyanətkar qüvvələr bu məsələdə xəyanətkar mövqelərini axıra qədər davam etdirmk istəyirlər. Onlar xalq-Ali Baş Komandan birliyini, siyasi partiyaların birliyini pozmağa çalışırlar. Prezidentlə xalq arasında böyük uçurum yaratmaqla ermənilərin istədiyinə nail olmasına çalışırlar. İçimizdəki ermənilər və “5-ci kolon”un üzvləri bu işdə çox yaxından iştirak edirlər. Düşünürəm ki, biz buna qarşı öz qəti fikrimizi bildirməliyik. Ermənilərə yerlərini göstərməkdən ötrü bütün imkanlarımzı səfərbər etməliyik.

“Bunu Rusiyaya xüsusilə anlatmaq lazımdır”

- Bu gün erməni separatçılarının Qarabağda “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik günü ilə bağlı keçirdiyi cəfəng tərbirdə Rusiya sülhməramlıları da iştirak edib hansısa mənfur abidəyə əklil daşıdılar. Bu nə deməkdir, Rusiya Qarabağda separatçı ermənilərdən nə düzəltməyə çalışır?

- Qəti şəkildə buna yol vermək olmaz. Rusiya işğalçı qüvvələri gəlib Azərbaycanda ayaqlarına yer eləyiblər. Onlara sülhməramlı demək olmaz, onlar işğalçı rolunda çıxış edirlər. Artıq biz bu yöndə ciddi siyasi kampaniyalara başlamışıq və davam edəcəyik. Biz Rusiya ordusunun Azərbaycandan çıxarılması üçün çox ciddi şəkildə fəaliyyətə başlamalıyıq. Əgər separatçı rejimin müstəqilliyini qeyd edən rus sülhməramlılarının Qarabağda qalıb bu cür oyunlar qurmasına göz yumacağıqsa, belə hallar getdikcə daha geniş vüsət alacaq. Rusiya sülhməramlısı kimdir ki, gəlib Azərbaycanda öz başına qərarlar verən bir separatşı rejimi dəstəkləsin. Nəyə görə Azərbaycan dilini yox, rus dilini əsas dil kimi qəbul etdirməlidirlər. Onlar kimdir ki, qəbul etdiklləri qərar da nə ola. Sadəcə olaraq, aparılan işlər Azərbaycan cəmiyyətində bir narahatlıq və inamsızlıq yaradır. Ona görə də Rusiya sülhməramlılarına da onun missiyasını xatırlatmalı və başa salınmalıdır ki, Azərbaycan ərazilərində Azərbaycan qanunaları və Azərbaycan vətəndaşları var və o ərazilərdə də yalnız bir dil dövlət dili ola bilər, o da Azərbaycan dilidir. Bu sadə reallığı hər kəs anlamalıdır. Belə görürəm ki, bunu Rusiyaya xüsusilə anlatmaq lazımdır. Biz bu məsələləri Rusiyanın qarşısında qaldırmalıyıq. Orda olan 5-10 erməniyə dəstək verən, onlara bəh-bəh deyən, qorxma-qorxma deyənlər Rusiya sülhməramlılarının başında duran rəhbərləridir. Biz bu məsələdə də öz ayıq-sayıqlığımızı itirməməliyik.

Hesab edirəm ki, təcili olaraq Milli Məclis Türkiyə Ordusunun Azərbaycanda yerləşməsi ilə bağlı qərar verməlidir. Azərbaycanı rus işğalçılardan qorumaqdan ötəri təcili türk ordusunun Azərbaycanda yerləşdirilməsi məsələsinə baxılmalıdır. İctimaiyyət öz fəliyyətini gücləndirməlidir və bu məsələlər ciddi şəkildə ortaya qoyulmalıdır. Bu günlərdə siyasi partiyalarla görüşümüz olacaq, bu məsələləri müzakirə edəcəyik. Düşünürəm ki, biz Ali Baş Komandanla bir yerdə olsaq, içimizdəki o “5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik.

“Qanun keşikçilərimiz Araikin tutulub gətirilməsində acızlik göstərirlər”

- Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Qarabağ erməniləri üçün rus dilinin “ikinci əsas dil” ola biləcəyini onunla əsaslandırıb ki, Qarabağ erməniləri erməni dilinin yerli ləhcəsindən başqa heç bir dildə danışa bilmir. Bu, guya Azərbaycana reinteqrasiya zamanı Bakıya əlavə problemlər yaşada bilər. İşğalçı erməniyə bu cür nəvazişin səbəbi nədir. Rusiya sülhməramlıları Qarabağda rus dilini rəsmi dil kimi tanıtmaqla nəyə nail olmağa çalışır?

- Biz erməniyə heç bir nəvaziş göstərməli deyilik. Əksinə, Araik Harutunyan cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bunlar oturub torpaqlarımızda həyasız hərəkətləri ilə bizi qıcıqlandırırlar. Gəlib Qarabağda terrorçu faşistin heykəlini qoyurlar. Azərbaycan Prokurorluğu Harutunyanın haqqında cinayət işi qaldırıb axtarışa verib. Amma təəssüf edirəm ki, bizim qanun keşikçiləri terrorçunun tutulub gətirilməsində acızlik göstərirlər. Əgər yerini bilmirlərsə, Rusiya sülhməramlılarına desinlər, gündə onların yanındadılar. Cinayətkarla gedib oturub söhbət eləmək özü böyük xəyanətdir. Kim nə düşünür düşünsün, kim hara yozur yozsun, bu yolverilməz haldır. Düşünürəm ki, hüquq-mühafizə orqanları heç olmasa öz ad-sanlarını qorumaqdan ötrü bu məsələlərə ciddi şəkildə yanaşmalıdır. Beynəlxalq axtarışa veriblər, bir daha dünyaya bildirsinlər ki, bizə cinayətkarı tutmağa ruslar imkan vermir. Bilsinlər ki, ruslar işğalçılıq siyasəti yürüdür və Qarabağda terrorçulara bəh-bəhlə dəstək verirlər. Ruslar cinayətkarı öz bayraqlarının altında gizlədir, öz ordusu ilə qoruyurlar. Bu baxımdan da biz qətiyyətli mövqe ortaya qoymalıyıq. Nə vaxta qədər belə davam edəcək, biz nəyə görə bu alkaşlardan qorxmalıyıq.

“Xankəndi bizimdirsə, niyə orda yaşayan erməni Azərbaycan dilini yox, rus dilini öyrənməlidir”

Rusiya politoloqlarının, ekspertlərinin fikirlərnə gəlincə, onlar həmişə öz maraqlarını güdüb, Azərbaycana düşmən olan adamlardır. Biz rusların nə deməsini yox, özümüzün nə etməli olduğumuzu müzakirə etməliyik. Onları müzakirə edə-edə vaxt itiririk. Bu bizim torpağımızdır. Əgər Xankəndi bizim ərazidirsə, nəyə görə orda yaşayan erməni Azərbaycan dilini yox, rus dilini öyrənməlidir. Onlara rus dilini öyrətmək kimə lazımdır. Erməniləri qızışdırıb salıblar ortalığa. Mən yenə deyirəm, Xankəndinə təcili mer təyin olunmalıdır. Xankəndində Azərbaycan nümayəndəliyi olmalıdır. Bütün proseslər Azərbaycanın qanunları əsasında baş verməlidir. Amma hələ ki, Xankəndində Azərbaycan idarəçiliyi qurulmur və nədənsə bu məsələdə susqunluq var. Biz müstəqil dövlətik. Xankəndi də Azərbaycanın əzəli torpaqlarıdır. Onsuz da Azərbaycanda 30 minə yaxın erməni gəlnimiz var, 30 min də ordan gəlirsə, olsun 60 min. Ona görə də burda rus siyasətçilərinin, erməni separatçılarının Qarabağla bağlı nə deməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Biz öz qanunlarımızla hərəkət etməliyik. Təbii ki, bu qanunların işləməsinə mane olan qüvvələr var, bunun da başında Rusiya durur. Qərbin bəzi dairələrini də erməniyə humanitar yardım etməyə dəvət etmək istəyirlər. Bu da mümkün olan məsələ deyil. Biz 44 günlük müharibədə qalib gəldik, indi o yolu bir də keçməliyik. Biz nə qədər güzəşt eləsək, ərazilərimizi əlimizdən almağa bir o qədər çəhd edəcəklər. Nə qədər susqunluq göstərsək, bir o qədər basqı edəcəklər. Başqa rayonlarımızı da qaytarıb əlimizdən ala bilərlər. Ona görə də rus politoloqlarının bizə nə deməsinin heç bir mənası yoxdur. Biz öz torpaqlarımızda öz suverenliyimizi təmin edib, Xankəndində bayrağımızı asmalıyıq və bizim qanunlar orda işləməlidir.

- Ermənilər indi onu da iddia edirlər ki, Qarabağda erməni silahlıları yoxdur, Qarabağda “Arsax”ın silahlı birləşmələridir və orda qalmalıdırlar. Məğlub erməni hardan güc alır?

- Bu gün Ermənistanın xüsusi silahlı qüvvələri Xankəndindədir. O cümlədən ermənilərin Xankəndində silahlı dəstələr yaradılır. Yazda hücuma keçməyə hazırlaşırlar. Təcili antiterror əməliyyatına başlamalıyıq və orda bir dənə silahlı erməni qalmamalıdr. Bunun üçün biz heç kimdən icazə almamalıyıq. Bu bizim öz torpağımızdır. Bizim başımızın altına yasdıq qoyub ordu yaradırlar. Ermənilərin xaricdə olan milyaderləri var ki, hərəsi ora 5-10 min muzdlu ordu yığa bilər. Belə bir ideyaları da var. Bunların xaricdə yaşayan milyaderləri müəyyən dairələrdə belə fikirlər işlədiblər ki, milyardlarımızı qoyub Xankəndiyə çox təcrübəli, xaricdə böyük təlimlər keçmiş muzdlu quldurlar yerləşdirməliyik. Artıq yerləşdirirlər də və onlara da himayədarlıq edənlər Rusiyanın Qrabağdakı ordusudur. Sülhməramlı adı ilə gəlib Xankəndində özlərinə lövbər salanlardır. Biz heç bir şeyə güzəştə getməməliyik. Biz gücümüzü ortaya qoymalıyıq, son nöqtə qoyulmalıdır. Yoxsa kim nə dedi, nə elədi bizim üçün əhəmiyyətli deyil, necə deyərlər, it hürər, karvan keçər. Biz öz torpaqlarımızı erməni küçüklərindən azad etməliyik, bu qınaqdan, bu töhmətdən azad olmalıyıq.

“Bizə də qarşı təzyiqlər olur, amma...”

- Azərbaycan cəmiyyəti, siyasi camiyə bu vəziyyəti necə nəzarətə götürə bilib?

- Siyasi partiyalarla yenidən toparlanma ilə bağlı məsləhətləşmələr aparırıq. Biz Azərbaycan torpaqlarının yenidən işğal olunmasına yol verə bilmərik. Siyasi partiyalar bu yöndə müəyyən işlər görür. Lazım olan an biz Azərbaycan xalqı ilə bir yerdə Ali Baş Komandanın ətrafında birləşib öz sözümüzü deyəcəyik.

Bu gün siyasi fəaliyyətimizdə də “5-ci kolon”un təsirlərini hiss edirik. “5-ci kolon”un başçısı Ramiz Mehdiyev Milli Elimlər Akademiyasında siyasi partiyalarla iş şöbəsi, ikihakimiyyətlilik yaradıb. Vaxtilə hakimiyyətdən narazı gedən nazirlər, milyonçu məmurlar yığılıb ora ortaya böyük pullar qoyublar. Onlar Azərbaycan prezidentinin iradəsinin əksinə getmək üçün bütün yollara əl atırlar. Bizə də qarşı təzyiqlər olur. Amma düşünürəm ki, axıra qədər bu təzyiqlərə sinə gərəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar