Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

4 nəfərlik ailənin bir günlük imsak və iftar süfrəsi neçəyə başa gələcək?


İqtisadçı ekspert: “Təəssüf ki, Azərbaycan reallığı Ramazan ayını ürək açıqlığı ilə keçirməyə mane olur”


11 ayın sultanı olan müqəddəs Ramazan ayının başlamasına sayılı günlər qalır. Bu ay boyunca inanclı insanlar oruc tutur. Əlbəttə ki, oruc tutmaq üçün imsak, yəni o başdana durmaq və yaxşı qidalanmaq gərəkdir ki, gün boyu özünü zəif hiss etməyəsən. Həmçinin iftar süfrəsində də kalorili yeməklər olmalıdır.

Əslində insanlar iftarda ən azı, iki yemək yeməlidir. Ancaq təəssüf ki, hər ailə istədiyi kimi imsak və iftar süfrəsi qura bilmir. Səbəb isə təbii ki, bahalıqdır. Biz də bir neçə marketə baş çəkib 4 nəfərlik bir ailənin imsak və iftar süfrəsinin neçəyə başa gələcəyini hesabladıq.

Marketlərə nəzər saldıqda çeşid bolluğunun kifayət qədər zəngin olduğunu görərsiniz. Ancaq əsas məsələ bu çeşid bolluğundan faydalana bilmək üçün cibinizdə pulun olmasıdır. Təəssüf ki, hər il olduğu kimi, bu il də bayram öncəsi bəzi məhsulların qiymətində ciddi qalxma vardı. Əvvəlcə ümumi məhsulların qiymətinə nəzər salaq: ət 8-10 manat arasında, toyuqların qiyməti 4 manat 10 qəpik və 5 manat arasında, “Sultan düyüsü” 3 manat 35 qəpik, makaron 50-87 qəpik arası, tomat pastası 1 manat 20 qəpik, 1 kiloluq Supersun yağı 4 manat 93 qəpiyə, Ana bala yağı 3 manat 14 qəpik, qarğıdalı yağları isə 4 manat 63 qəpik və 7 manat 34 qəpik arasında, kərə yağı 3 manat 80 qəpik 7 manat arası, pendir 3-6 manat arası, yumurta 8 qəpik, kənd yumurtası 20 qəpik, qarabaşaq 1 manat 47 qəpiyə, pomidor 1 manat 50 qəpik və 1 manat 60 qəpik arası, xiyar 40-80 qəpik arası, lobya 2 manat 25 qəpik, badımcan 3 manat, bibər 3 manat 19 qəpiyə satılırdı. Quru meyvələr, çərəzlər, həmçinin meyvələrin də qiymətində artım vardı.

İftar süfrələrinin bəzəyi olan xurmaya gəldikdə isə Mədinə xurması 16 manat 90 qəpik, tumsuz xurma 6 manat 90 qəpik, Tunis xurması 15 manat 72 qəpik, İran xurması 7 manat 50 qəpik, şokoladlı xurma 10 manat, sarı xurma 6 manat 90 qəpik, İsrail xurmaları isə 30 manata satılırdı. Ümumiyyətlə, iftar menyusuna daxil olan əsas ərzaq məhsullarının, demək olar ki, hamısında müəyyən qədər bahalaşma müşahidə etdik.

İndi isə keçək 4 nəfərlik bir ailənin bir günlük ortabab imsak və iftar süfrəsinin hesablamasına. İmsakda yağ, pendir, yumurta, qaymaq, şəkər tozu yer alan bir süfrə olduğunu, iftarda isə bir növ sulu, məsələn, toyuq supu, tərəvəz (“3 bacı”) dolması və tərəvəz salatı, həmçinin çayla içmək üçün xurma, şirniyyat olduğunu nəzərə alsaq, orta hesab bu süfrə təxminən 20-25 manata başa gələcək. Əgər iftar menyusuna bir cür də yeməyi əlavə etsək, o zaman bu sizə 30 manata və bəlkə də bir qədər çox məbləğə başa gələcək.

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, hər bayram öncəsi ərzaq məhsullarının qiyməti artırılır və bu çox pis tendensiya halını alıb: “Türkiyədə rəqabətli iqtisadi mühit olduğu üçün insanlar müəyyən endirim kampaniyaları həyata keçirib, həm savab qazanmağa çalışırlar, həm də rəqabət olduğu üçün dövriyyənin artdığını nəzərə alaraq dövriyyədən qazanırlar. Yəni məhsulu daha ucuz satıb daha çox gəlir əldə etməyə çalışırlar. Azərbaycanda belə bir mühit təəssüf ki, yoxdur. Çünki ölkəyə gətirilən və topdansatış ticarətinə nəzarət edən çox azsaylı şirkətlər var - baxmayaraq ki, pərakəndə satış nöqtələri çoxdur. Amma onlar özləri mal gətirmir, özləri istehsal etmirlər. Ona görə də topdansatış şirkətlərinin, istehsalçı şirkətlərin sayının az olması rəqabətli mühit yaratmağa imkan vermir. O üzdən Ramazanda müəyyən məhsulların tələbatı artacaq. Tələbat artdıqca da qiymət artacaq. Bu da əslində çox pis bir tendensiyadır”.

N. Cəfərli bildirdi ki, 4 nəfərlik bir ailənin imsak və iftar süfrəsinin qiymətini hesabladıqda bunun onların büdcəsinə heç də uyğun gəlmədiyini və tərs mütənasiblik təşkil etdiyini görərik: “O ki qaldı 4 nəfərlik ailənin imsak və iftar süfrəsinə, Ramazan günlərində o başdan durub səhər yeməyi də yemək lazımdır ki, gün ərzində gümrah qala bilmək, iş qabiliyyətini toplamaq üçün səhər yeməyinə ehtiyac yaranır. Bu da təbii ki, 4 nəfərlik ailənin alıcılıq qabiliyyəti və rasionundan asılı olacaq. Amma ən azından lazımi miqdarda olan kaloriləri hesablamış olsaq, həm də 4 nəfərlik bir ailənin imsak və iftarını hesablasaq, günə 25-30 manatlıq bir büdcə yaranacaq ki, bu da ay ərzində min manata yaxın bir məbləğ edir ki, ölkədə minimum əmək haqqının, təqaüdlərin və maaşların çox aşağı olduğunu nəzərə alsaq, təbii ki, bu çox böyük bir məbləğdir. Bu, insanların Ramazan ayını ürək açıqlığı ilə, səmimi şəkildə qeyd etmələrinə mane olan amillərdən birinə çevrilib. Amma buna baxmayaraq, düşünürəm ki, inanclı insanlar ən azından inancın verdiyi güclə Ramazan bayramını kasıb da olsa, aşağı kalorili də olsa o süfrə ilə yola verə biləcəklər. Amma qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da müxtəlif endirim kampaniyaları, Ramazana özəl müxtəlif süfrə kampaniyaları olsaydı, çox yaxşı olardı ki, insanların həm seçim imkanları yaranardı, həm də daha az vəsait xərcləyərək Ramazan bayramını ürək açıqlığı ilə qeyd edərdilər”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar