Bakı Metropoliteninin "Nizami" stansiyasında 4 ay əvvəl əsaslı təmirə dayandırılan eskalator sabahdan istifadəyə verilir
PİA.AZ xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, stansiyadakı 1 saylı eskalator 15 oktyabr 2015-ci ildə əsaslı təmirə dayandırılıb.
Təmir işləri yekunlaşan eskalator fevralın 10-dan istifadəyə veriləcək.
pia.az