Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

48 milyon manat dövlət vəsaitini mənimsədiyinə görə həbs olunan şəxs necə azadlığa çıxdı? - Şok təfərruat


Arif Əsgərov 48 milyonluq yeyintinin üstünü necə ört-basdır edib?


Rahib Hüseynovun azadlığa buraxılmasında Ziya Məmmədov izi...

Bildiyiniz kimi, 2013-cü ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) külli miqdarda, daha dəqiq desək 48 milyonluq yeyinti faktı aşkarlandı. Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi, qurumun keçmiş sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Bu işdə A.Əsgərovun oğlu "Liman Group" şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallansa da, o məsuliyyətdən kənarda qalmağı bacardı. Atası bu yeyintinin üstü açılan kimi oğlunu xaricə göndərdi. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. 

Qısaca xatırladaq ki, Rahib Hüseynov və qardaşı dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət ediblər. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri isə maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialar idi. 

Qeyd edək ki, bu məsələ ilə bağlı cəmiyyətdə çox müzakirələr aparıldı, mətbuat vasitələrində silsilə yazılar dərc olundu. Amma bunların heç biri Arif Əsgərovun və oğlunun cinayət məsuliyyətinə cəlb edilmələrinə səbəb ola bilmədi. Üstəlik, 48 milyonluq dövlət əmlakını mənimsəməkdə ittiham olunan Rahib Hüseynov bir müddət keçdikdən sonra azadlığa buraxıldı. Onun sərbəst buraxılması isə cəmiyyətdə sanki şok effekti yaratdı. Dükandan bir qutu siqaret, saqqız, kontur oğurlayana 6-7 il iş verilirsə, dövlətin 48 milyonunu mənimsəyən şəxs nəyə görə azadlığa buraxılmalı idi? Məhkəmə hansı əsasla bu şəxsi açburax elədi?.. 

Bundan başqa, daha sonra mətbuatda Rahib Hüseynovun həbsdən azad edilməsinin şok təfərrüatları açıqlandı. Yayılan məlumatlardan belə məlum oldu ki, Arif Əsgərov öz oğlunu xilas etmək üçün Rahib Hüseynovu həbs etdirib, mənimsənilən pulları isə öz biznesinə yatırıb: 

"R.Hüseynova söz verib ki, 6 aydan sonra onu həbsdən qurtaracaq. Ancaq üstündən 6 ay keçəndən sonra keçmiş şöbə müdiri Əsgərovdan xəbər çıxmadığını görüb istintaqa real faktları açıqlamağa başlayıb. O, istintaqa yığılan pulların hamısını Elnar Əsgərova verdiyini, hətta bu işin başında Arif Əsgərovun başqa bir ailə üzvünün də dayandığını bildirib. Eyni zamanda sabiq sədrə mesaj göndərib ki, hərəkətə keçməsə, istintaqa daha ifşaedici məlumatlar verəcək. Bundan təşvişə düşən Arif Əsgərov istintaqla anlaşaraq onun azadlığa buraxılmasına nail olub". 

Əldə etdiyimiz məlumatlara görə, 48 milyonluq mənimsəmə faktının üstünün ört-basdır edilməsində nəqliyyat naziri Ziya Məmmədovun də rolu olub: 

"Nazirlə Arif Əsgərov yaxın dostdur. Hətta onların ailəvi get-gəlləri var. Nazir belə bir məqamda öz dostunu tək qoya bilməzdi. Əgər o dostuna dəstək verməsəydi, Rahib Hüseynovun azadlığa buraxılması mümkün olmayacaqdı. Əslində, bu məsələdə Rahib yox, Elnar Əsgərov həbs edilməli idi. Bu məsələlər səngiyən kimi Ziya Məmmədov dostunu özünə müavin gətirdi. Ki, QSC-dəki külli miqdarda yeyintilərdən Arif Əsgərovu və oğlunu xilas edə bilsin. Bunu da bacardı. Dövlətin milyonlarla pulunu mənimsəməkdə ittiham edilən nazir müavini və oğlu nə cinayət məsuliyyətinə cəlb edildi, nə də başqa formada cəzalandırıldı". Bu arada, Rahib Hüseynovun həbs edildiyi cinayət işində "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və "DəmirBank" ASC-nin "Mərkəz" filialının müdiri Müşfiq Tükanovun da adı çəkilirdi. "Müşfiq Tükanovdan əvvəl həmin filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub. İlqar müəllim Əsgərova köməkçi təyin olunandan sonra onu Müşfiq Tükanov əvəz edib. Onun "Mərkəz" filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi cızılıb. Bu otağa Elnar Əsgərov, Rahib və qardaşı Emin Hüseynov yığışaraq yeyintilərin ssenarisini cızıblar. Onları da Müşfiq Tükanovla tanış edən İlqar Məmmədov olub. Müşfiq Tükanov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmovun ən yaxın adamlarından biridir. Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə "DəmirBank"ın "Mərkəz" filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilib. Belə əməliyyatlardan əldə edilən "gəlir" isə qohumlar arasında bölüşdürülür. Bu baxımdan 48 milyonluq yeyinti qalmaqalında Elman Rüstəmovun adının yer alması tam başadüşüləndir", deyə məlumatlarda qeyd olunurdu. 

Bütün bunlara baxmayaraq, Rahib Hüseynovdan savayı heç kim cinayət məsuliyyətinə cəlb edilmədi. Yeyinti faktının əsas iştirakçıları kimi göstərilən Arif Əsgərov və oğlu Elnar Əsgərov isə bu gün rahat şəkildə azadlıqda gəzir, biznes əlaqələrini günbəgün daha da genişləndirirlər. Amma biz hesab edirik ki, istintaq orqanları QSC-də aşkarlanmış 48 milyonluq yeyinti ilə bağlı yenidən araşdırma aparmalı və kənar təsirləri nəzərə almadan əsl cinayətkarları məsuliyyətə cəlb etməlidir. (gundelik-baku.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar