Kürdəmir rayonunda 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb
PİA.AZ report.az-a istinadən bildirir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Mahmud Ağabala oğlu Hacıyev həyətindəki tövlənin damına ot yığarkən ehtiyatsızlıqdan yıxılıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az