Şirvanda 45 yaşlı qadın dəm qazından boğulub
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini 1973-cü il təvəllüdlü İmanova Təranə Nuru qızı hamam otağında olarkən dəm qazından boğularaq ölüb.
Onun meyiti həyat yoldaşı tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az