Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

41-45-də həlak olanlar necə dəfn edilirmiş? – hərbi hissələrdə xüsusi dəfn qrupları fəaliyyət göstərib

Müharibələr heç vaxt itkisiz ötüşməyib. Hətta elə müharibələr olub ki, itkilərin sayı on milyonları keçib, II dünya müharibəsində olduğu kimi. Digər müharibələrdən fərqli olaraq həlak olanların sayının çoxluğundan bu müharibədə onların qeydiyyata alınması və dəfn edilməsi müharibə aparan tərəflər üçün problem məsələyə çevrilib.

Bununla bağlı SSRİ-də Dövlət Müdafiə Komitəsinin və Xalq Müdafiə Komissarlığının (nazirliyinin) xüsusi direktivləri olub. Direktivlərə əsasən hərbi birləşmələrdə 3-6 nəfərdən ibarət dəfn komandaları yaradılıb. Dəfn komandalarının üzvləri başqa işlərə, o cümlədən hərbi əməliyyatlara cəlb edilməyib. SSRİ xalq müdafiə komissarının müavini, general Lev Mexlisin imzası ilə yerlərə göndərilən əmrdə dəfn komandalarına aşağıdakı vəzifələr həvalə edilib:

1. Həlak olanın adını, soyadını və hansı hərbi komissarlıqdan hərbi xidmətə çağrılmasını dəqiqləşdirmək.

2. Həlak olanlarından sayından asılı olaraq xəndəklərin, yaxud da qəbirlərin qazılması.

3. Dəfn yerlərində məlumat xarakteri daşıyan kiçik taxta dirəklərin və metal lövhəçiklərin vurulması.

4. Kütləvi dəfn yerlərini şərti adlar altında xəritəyə salınması.

Direktivin bəndlərinə əsasən həlak olanlar hərbi əməliyyatlardan sonra döyüş ərazilərində dəfn ediliblər. Meyitlərin hərbi komissarlıqlar və həlak olanların qohumları tərəfindən öz yerlərinə aparılmasına da icazə verilib.

1943-cü ilə qədər direktivin göstərişlərinin icrası 50 faizdən aşağı icra olunub. Ağır döyüşlərdən sonra həlak olanların bir çoxlarının kimliyini müəyyən etmək olmayıb. “İtkin düşüb” ifadəsi də elə buradan meydana gəlib.

Davam edən döyüşlər həlak olanları tək-tək dəfn etməyə də imkan verməyib, əsasən böyük xəndəklər qazılaraq onlarla, yüzlərlə döyüşçü eyni yerdə dəfn olunub.

Xüsusilə 1942-ci ilin qış aylarında, temperaturun mənfi 20-30 olduğu döyüş ərazilərində həlak olanları dəfn etmək mümkün olmayıb. Qəbirlərin qazılması üçün dəfn komandalarının üzvləri heç bir invertarla təmin edilməyiblər. Donmuş torpaqda qəbirlərin və xəndəklərin qazılması müşkülə çevrilib. Beləliklə də, minlərlə həlak olan döyüşçü torpağın üstündə qalıb.

Dəfn məsələsində yay fəslinin də öz problemləri olub. İsti hava şəraitində açıq havada qalan meyitlər epidemiyalara səbəb olub.

1943-cü ildə Dövlət Müdafiə Komitəsi həlak olanların dəfn məsələsinə yenidən baxıb. Dəfn komandalarının üzvlərinin artırlması məsələsi müzakirə olunub və komanda üzvlərinin sayı maksimum 8-ə çatdırılıb. Əslində bu say da mövcud problemlərin həlli üçün yetərli sayılmayıb. Amma 1943-cü ildən sonra dəfn problemləri sovet ordusunun sürətlə irəliləməsi sayəsində nisbətən nizama düşüb. Belə ki, sovet qoşunları döyüş bölgələrində uğur qazanaraq irəli gediblər, arxada işləmək, dəfnləri rahat şəraitdə təşkil etmək asanlaşıb.

Almaniya ordusunda da həlak olanların dəfn məsələsi xüsusi əmr və direktivlərlə tənzimlənib. SSRİ-dən fərqli olaraq alman hərbi birləşmələrində dəfn komandaları üzvlərinin sayı iki dəfə çox olub. Dəfn komandalarına zabitlər başçılıq ediblər, həmçinin hər komandaya hərbi libaslı keşişlər də daxil edilib.

Ən ağır döyüş şəraitlərində belə almanların dəfn komandaları dəfn rituallarına tam ciddi riayət etməyə çalışıblar. Hətta ən qısa müddət ərzində həlak olanlar üçün taxtadan tabutlar da düzəltdirilib. Hər qəbirin üstünə xaç qoyularaq dəfn olunanın adı və soyadı qeyd olunub. Almanların dəfn prosesində fərqli cəhətlərdən biri də dəfn olunanın qəbrinin üstünə dəmir dəbilqəsinin qoyulması olub.

Almanların dəfn komandalarına sanitarlar da cəlb edilib. Onlar meyitlərdən yarana biləcək infeksiyaların, epidemiyaların qarşısının alınması üçün qabaqlayıcı profilaktiki tədbirlər həyata keçiriblər.

Daha bir fəqli cəhət isə ondan ibarət olub ki, almanların dəfn komandalarının üzvləri yüksək dövlət mükafatları ilə təltif olunduqları halda, SSRİ-də eyni işi görənlər heç vaxt orden və medallarla təltif olunmayıblar. Müharibənin ən ağır illərində, 1942-1943-cü illərdə sovet ordusunda fəaliyyət göstərən bütün dəfn komandalarının üzvlərindən cəmisi üç nəfəri təltif edilib. Bu təltif isə onlara dəfn prosesinə görə deyil, hərbi əməliyyalar zamanı döyüş meydanlarından meyitləri götürə bildiklərinə görə verilib.

Müharibədən sonra istər Almaniya, istərsə də SSRİ tərəfindən dəfn yerləri həlak olanların yaxınları və müvafiq qurumlar tərəfindən araşdırılmağa başlayıb. Çoxsaylı faktlar mövcuddur ki, həlak olanların nəşinin qalıqları öz doğulduqları yerə, xatirə komplekslərinə aparılaraq yenidən dəfn olunublar. Bu proses bu günə qədər də davam edir.

Bəli, hər millət, hər xalq döyüşdə həlak olanlarının meyitlərinə də ehtiramla yanaşır, onların xatirələrini əbədiləşdirir. Bu fikri yalnız ermənilərə şamil etmək olmaz. Paşinayan hakimiyyəti bu gün Qarabağda gedən savaşda öz meyitlərinə sahib çıxmaqdan imtina edirlər. Sıravi ermənilər, o cümlədən erməni hərbçiləri gec də olsa anlayırlar ki, qüsurlu zəkası və mənəviyyatı olan Paşinyan üçün heç bir dəyər yoxdur...

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar