Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

4 800 şəhidin paltarlarının basdırıldığı yer əbədiləşdirildi

Bərdədə 90-cı illərin Qarabağ müharibəsi zamanı şəhid olan 4 800 nəfər Vətən övladının paltarlarının basdırıldığı yer əbədiləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin dəstəyi ilə ərazidə təmizlik işləri aparılıb, ağaclar əkilib. Şəhidlərin yaxınları şəhid paltarlarının basdırıldığı məkanı ziyarət edir, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxuyurlar. Burada, həmçinin abidənin inşa edilməsi də nəzərdə tutulur.

Bərdə şəhər “Cümə” məscidinin axundu Hacı Ramazan Hüseynov bildirib ki, 1991-1994-cü illərdə cəbhədən gətirilən şəhidlər Bərdə məscidində yuyulur, kəfənlənərək ünvanlarına göndərilir və ya sahiblərinə təhvil verilirdi. Şəhidlərin əyinlərindən çıxarılan hərbi paltarlar isə həmin bu yerdə torpağa basdırılıb. 44 günlük müharibədə qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərimizin ruhları da rahatlıq tapıb.

Bərdə şəhər sakini Nərgiz Cəfərova iki qardaşının 90-cı illərin Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edərək şəhid olduğunu bildirib: “Mən şəhidlərimizin paltarlarının burada basdırıldığını bilmirdim. Paltarlar basdırılıb yox, dəfn olunub deyərdim. Yaxşı ki, şəhid paltarlarının dəfn edildiyi bu ərazi əbədiləşdirildi”.

Şəhid atası Fikrət Zeynalov deyir ki, şəhid paltarlarının basdırıldığı ərazinin təmizlənərək əbədiləşdirilməsi həm də şəhidlərə olan hörmət və ehtiramı ifadə edir: “Biz şəhidlərimizin paltarlarının basdırıldığı bu ərazini ona görə əbədiləşdirdik ki, gələcək nəsillərə örnək olsun. Bizim şəhidlərimizə belə hörmət qoyduğumuzu cəmiyyət görsün. Allah bütün şəhidlərə rəhmət eləsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar