Çərşənbə axşamı, 07 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

4 partiyalı sistem keçid edən ABŞ amansız bir ideoloji müharibəyə sürüklənir…

Marksist sosioloq, filosof Slavoj Jijek 2020-ci il prezident seçkilərindən əvvəl diqqətə çarpan bir digər məsələni - Amerika cəmiyyətindəki bölünmələri “Russia Today”də şərh edib…

Slavoj Jijek

“The Independent” qəzeti, 24 fevral 2020-ci il

Tramp impiçment istintaqında qalib gəlsə də, ABŞ ideoloji bir vətəndaş müharibəsinin astanasındadır. Çünki əsas mübarizə təkcə Demokratlar və Respublikaçılar arasında deyil, həm də hər iki partiyanın daxilində davam edir.

Harrison Ford 2 həftə əvvəl Mexiko şəhərində yeni filmini təqdim edərkən “Amerika mənəvi liderliyini və etibarını itirdi”, deyib.

Həqiqətən, ABŞ nə vaxtsa mənəvi məsələlərdə dünya lideri olubmu? Reyqan dövründə? Yoxsa Buşun dövründə? Amerika heç vaxt sahib olmadığı bir şeyi itirdi. Daha doğrusu, əslində, özündə olmayan, lakin bütün dünyanı olduğuna inandırdığı bir şeyi - Harrisonun qeyd etdiyi “etibarlılığı” itirdi. Onsuz da həqiqətlər Trampla görünməyə başlayıb.

1948-ci ildə Soyuq Müharibənin əvvəlində bu həqiqəti ABŞ diplomatı və tarixçisi Corc Kennen dürüst şəkildə ifadə etmişdi: “ABŞ dünya sərvətinin 50%-nə sahibdir, lakin bu ölkə dünya əhalisinin yalnız 6,3%-ni təşkil edir. Bu halda qarşıdakı dönəmdə əsas işimiz bu uyğunsuz mövqeyi qorumaqdır. Buna nail olmaq üçün emosionallıqdan əl çəkməliyik. İnsan hüquqlarını, yaşayış şəraitinin yaxşılaşdırılmasını və demokratiya barədə düşünməyi dayandırmalıyıq”.

Kennenin bu sözlərindən Trampın “Birinci Amerika!” şüarı ilə nə demək istədiyini başa düşə bilirik. Həm də çox açıq və dürüst bir şəkildə. Buna görə də, qəzetlərdən bir xəbər oxuduqda təəccüblənməməliyik:­ “Bitməyən müharibələri bitirməyi vəd edən Tramp administrasiyası 160-dan çox ölkənin qadağan etdiyi silahları saxlayır və onları istifadəyə hazırlayır. Toqquşma bitdikdən sonra belə sivilləri şikəst qoyan və öldürən partlayıcı maddələr Pentaqonun gələcəklə bağlı müharibə planlarının ayrılmaz hissəsinə çevrilib”.

Bu cür xəbərlər qarşısında təəccüblənənlər sadəcə olaraq riyakardırlar: alt-üst olmuş dünyamızda Assanj dövlətin cinayətlərini aşkarladığı üçün günahkardır, amma Tramp günahsızdır. (İmpiçment də baş tutmadı).

Bəs indi nə baş verir?

Doğrudur, Tramp nəzakət qaydalarını və demokratik tolerantlığı heçə sayan, kobud bir siyasi hökmdar fiqurudur.

Alan Derşoviç Trampın hərəkətlərinin əsas məntiqini (işgəncələrin qanuniləşdirilməsini­ də müdafiə edən məntiqini) ətraflı şəkildə izah edib. Harvardın hüquq professoru demişdi ki, əgər bir siyasətçi yenidən seçilməsinin millətin maraqlarına xidmət edəcəyini düşünürsə, siyasətçinin bu məqsədlə etdiyi hər hansı bir hərəkət impiçment üçün əsas kimi gətirilə bilməz.

Derşoviç: “Əgər bir prezidentin seçilməsi ictimai maraqlara uyğundursa, o, buna xidmət edəcək bir addım atarsa, bu, impiçmentlə bitəcək bir “quid pro quo” (lat. hər şey qarşılıqlıdır) davranışı kimi qəbul edilə bilməz”, deyir.

Hər hansı bir ciddi demokratik nəzarət xaricində olan hakimiyyətin əsl təbiəti burada açıq şəkildə ifadə edilib.

Trampın vəzifədən getməsi ilə bağlı davamlı olaraq aparılan müzakirələrdə gəlinən nəticə ortaq mənəvi zəminin parçalanmasıdır. ABŞ bu iki tərəfin ortaqlıq edə bilmədiyi ideoloji vətəndaş müharibəsinə sürüklənir. Tərəflər mövqelərini açıqladıqca məlum olur ki, polemikaya əsaslansa belə, heç bir dialoqa qurmaq mümkün deyil.

İmpiçment prosesinin teatrallığı (Pelosi ilə əl-ələ görüşməkdən imtina edən Tramp və Trampın Birləşmiş Ştatların Vəziyyəti ilə bağlı hesabatının nüsxəsini cıran Pelosi) qarşısında çox da heyrətə gəlməməliyik. Çünki əsl mübarizə yalnız Demokratlar və Respublikaçılar arasında deyil, həm də hər iki partiyanın daxilində gedir.

ABŞ özünü 2 partiyalı dövlətdən, 4 partiyalı dövlətə çevirir. Çünki əslində, siyasi meydanı dolduran 4 partiya var: institusional Respublikaçılar, institusional Demokratlar, alternativ sağçı populistlər və demokratik sosialistlər.

İndidən partiyalar arasında koalisiya təklifləri üzə çıxmağa başlayıb: Co Bayden vitse-prezidentliyə mülayim Respublikaçı bir namizəd irəli sürə biləcəyinə işarə edərkən, Stiv Bennon da bir neçə dəfə Tramp və Sendersin quracağı koalisiya idealından bəhs edib.

İki tərəf arasındakı ən böyük fərq odur ki, Trampın popülizmi Respublikaçı institusional nizama öz hegemoniyasını asanlıqla tətbiq edərkən, Demokratlar Partiyası daxilindəki bölünmə də getdikcə güclənir. Təəccüblü deyil ki, demokratik institutla Sanders qanadı arasındakı mübarizə davam edən yeganə real siyasi mübarizədir.

Bəzi nəzəri jargonlardan istifadə etmək üçün deyə bilərik ki, hazırda iki antagonizm (ziddiyyət) ilə üz-üzəyik. Bunlardan birincisi, Trampla liberal institusionallıq arasında (impiçment məsələsi də bununla bağlı idi), digəri isə Demokratik Partiyanın Sanders qanadı ilə digərləri arasındadır.

Qarşıdan gələn amansız müharibə

Trampın impiçmenti ilə bağlı həmlə ABŞ-ın mənəvi liderliyini və etibarını qazanmaq üçün çıxılmaz bir səy və əsl gülünc ikiüzlülük təcrübəsi idi. Buna görə, Demokratik institutun bütün bu mənəvi coşğusu bizi aldatmamalıdır: Trampın bu açıq kobudluğu, sadəcə olaraq, həmişə əsl həqiqəti göstərib. Senders düşərgəsi bunu açıq şəkildə görür: Geri dönüş yoxdur, ABŞ-da siyasətlə bağlı hər şey kökündən dəyişdirilməlidir.

Amma Sanders əsl alternativdir, yoxsa bəzi “radikal solcu”arın iddia etdiyi kimi, sistemi qorumaq istəyən mülayim bir sosial demokratdır? Lakin bu dilemma ümumən yanlışdır: Demokratik Sosialistlər kütləvi radikal oyanış hərəkatı başlatdılar və bu hərəkatların taleyi öncədən yazılmayıb.

Bir şey dəqiqdir ki, ən pis yanaşma inkişaf etmiş ölkələrdə işçi sinfini inkişaf etməkdə olan ölkələrin işçi sinfinin istismarı ilə dolandıran irqçi-şovinist ideologiyalara tutulmuş “işçi aristokratiyası”na meyil göstərən bəzi qərbli “radikal solçu”ların yanaşmasıdır. Onların fikrincə, yeganə köklü dəyişiklik “köçəri proletarların” inqilabi fəaliyyəti ilə baş verə bilər, lakin bu diaqnoz nə dərəcə doğrudur?

Doğrudur, bu günkü şərtlər qlobaldır, lakin bu qloballıq burjua dövlətlərinə qarşı proletar dövlətləri mənasını verən sadə bir maoizm deyil. Miqrantlar sub-proletardır və mövqeləri çox spesifiktir. Onlar marksist mənada istismar edilmirlər və buna görə də köklü dəyişikliyin günahkarı olmağa layiq deyillər. Nəticədə, bu “radikal” seçimin sol üçün intihar olduğunu düşünürəm: Senders qeyd-şərtsiz dəstəklənməlidir.

Müharibə amansız olacaq: Sandersə qarşı aparılan kampaniya İngiltərədə Korbinə qarşı aparılan kampaniyadan qat-qat daha qəddar olacaq. Həmişəki kimi anti-semitizm kartı ilə yanaşı, irq və cins kartlarından da geniş istifadə ediləcək: yəni Sanders kimi bir qoca, ağ dərili bir kişidən. Hilari Klintonun Sendersə etdiyi hücumun vəhşiliyi xatırlayın.

Bütün bu kartlar sosializm qorxusu ilə müəyyən edilmiş bir kontekstdə oynanılacaq. Sandersi tənqid edənlər davamlı olaraq onun sol platformadan Trampa qalib gələ bilməyəcəyini və əsas məsələnin Trampdan qurtulmaq olduğunu tez-tez təkrarlayırlar. Buna yalnız bu arqumentdə gizlənmiş əsl mesajın nə olduğunu deyərək cavab vermək lazımdır: əgər Tramp və Sanders arasından birini seçməliyiksə, Trampa üstünlük verəcəyik…

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əli Həsənovun siyasi karyerasının tarixçəsi - Şok detallar - Müsahibə

Nuşirəvan Məhərrəmli vəzifədən alındı - Yeni seçim

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

Əli Əsədovdan sərəncam: Əhaliyə yardım planı təsdiqləndi

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

Böyük Britaniya hökuməti: Koronavirus laboratoriyadan sızıb

"Ramiz Mehdiyev uduzduğu kimi eyni aqibəti siz də yaşayacaqsınız "- Aslan İsmayılov

Bu tarixdə Koronavirus pandemiyasının pik nöqtəsi olacaq

Bircə çörəklə imtahana çəkilməyək - Qubad İbadoğlu taxıl sahəsindəki vəziyyəti şərh elədi

Türkiyədə bu gündən maska satışı qadağan edilir

loading...

Ən çox oxunanalar