Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 may Türkçülük Günü... bayram kimi rəsmiləşsinmi?

Fərəc Quliyev: “Bu məsələyə ciddi yanaşmağımız Azərbaycana yalnız divident gətirər”; Sabir Rüstəmxanlı: “Bu günün qeyd olunmasının tərəfdarıyam”


Bu gün 3 may Türkçülük Günüdür. 

Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var. Bəzi iddialara görə, bu günün qutlanmasına səbəb olan tarix 1277-ci ildən başlayır. Tanınmış siyasətçi Aqil Səmədbəyli yazır ki, məhz bu il, indiki təqvimlə 3 may tarixinə təsadüf edən gündə Karamanoğlu Mehmet bəy bir fərman imzalayıb: Bu fərmana görə hər yerdə ancaq Türk dilinden yararlanılacaqdı!!

O tarixdən sonra 3 May Türkçülər Bayramı olaraq qutlanır!

****

Lakin hazırda Azərbaycan və Türkiyədəki milliyyətçi ictimaiyyət arasında daha çox populyar olan versiya başqadır. Həmin versiyaya, eləcə də 3 may türkçülər günü ilə bağlı vikipediya bilgilərinə görə bu bayramın qutlanmasının səbəbi Türkiyənin böyük şairi Hüseyn Nihal Adsızın üzərində keçirilən məhkəmə prosesi ilə bağlıdır. İrqçilik iddiası ilə  Sabahattin Ali tərəfindən məhkəmələrə çəkilən şairin üzərindəki proseslərdən birində -  3 may 1944-cü ildə böyük etiraz nümayişi olub.  Sonradan "Ankara nümayişi" adını alan həmin yürüşü anmaq məqsədi ilə qutlamalar olub. İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri  Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar ve Reha Oğuz Türkkan başda olmaqla, 10 məhkum  tərəfindən Tophane Hərbi həbsxanasında qeyd edilib. 

1945-ci ilin 29 martınadək davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılıb. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görüblər. Onlar vəkillərinin müraciətləri əsasında iki il sonra bəraət alıblar.

1954-cü ildən etibarən bu gün Nihal Atsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 may daha geniş şəkildə keçirilir. 

Bu gün ölkəmizdə də kifayət qədər populyardır. Xüsusilə türkçülük ideyaları sabiq prezident Əbülfəz Elçibəyin sayəsində cəmiyyətimiz arasında geniş yayılıb. 1992-ci ilin 3 mayında Bakıya səfərə gələn türk nümayəndə heyətinin tərkibində olan Alparslan Türkeş bir milyon insanın qarşısında Elçibəylə bərabər çıxış edərkən, toplantıya qatılanları Bozqurd işarəti ilə salamlayıb. 

Bu günün  önəmi nə qədər yüksək olsa da, hazırda ölkəmizdə geniş şəkildə qeyd olunmur. Nə iqtidar, nə də müxalif düşərgə 3 maya maraq göstərmir. Sanki bu günün qeyd olunması ilə bağlı tərəddüdlər var. Səbəbi isə müəmmalıdır. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev iqtidar və müxalifət düşərgəsinin Türkçülük Gününə olan biganə münasibətinin doğru olmadığını söylədi: “Bir millət olaraq biz bu günü qeyd etməyi bacarmalıyıq. Dünyada böyük imperiya yaradan türklər hara getdilərsə, oranın etnoslarının dinlərinə, adət-ənənələrinə hörmətlə yanaşdılar. Azərbaycanda azərbaycançılıq ideologiyasına söykənən xətt əsas götürülür. Bunun kökündə də türkçülük dayanır. Millətçiliyimiz heç zaman etnik olmayıb. Bayrağımızda da türkçülük özünü açıq şəkildə büruzə verir. Nədənsə ölkəmizdə başqa etnoslar milli kimliklərini daha çox qeyd edirlər. Bizə gəldikdə isə hər kəs qısqanclıqla yanaşır. Beynəlxalq səviyyədə də bu məsələyə ciddi yanaşmağımız Azərbaycana yalnız divident gətirər. Türk dövlətlərinin son Qarabağ savaşındakı mövqelərini götürsək, onların reaksiyalarının necə olduğunun şahidi olarıq. Reaksiyaların hamısı milli kimliyimizdən qaynaqlanırdı. Avropada hamı bloklaşır. Hətta ”Avropa Evi" belə düzəldiblər. Onlar müxtəlif dinlər, etnoslardır. Bir etnosa sahib olan bizlər niyə belə bir ev qurmayaq? Biz bu günü qeyd etsək, dünyanın müxtəlif yerlərindən olan türklər də ölkəmizə gələr. Razıyam ki, bu məsələyə iqtidar və müxalifət tərəfdən adekvat münasibət yoxdur. Bu, sizli-bizli hamımızı təəssüfləndirir".

Deputat Azərbaycanda bu günün qeyd olunması ilə bağlı olan tərəddüdlərə də toxundu: “Düşünürlər ki, bu günlə bağlı tədbir keçirsək, başqa dostlara, dövlətlərə toxunar. Düşünmürlər ki, ölkəmizdəki etnosların qorunması türkün qüdrətinə bağlıdır. Tarixən türk dünyasına hücum edənlər türklər zəif olanda təkcə onları yox, etnosları da əziblər. Amma türk güclü olduqda, bizimlə bərabər başqa etnoslar da çiyin-çiyinə dayanıblar. Öz kimliyini gizləmək ki, başqası qısqanar, bu doğru deyil. Millətini insan doğulanda seçmir. Başqalarının hörmətini qorumaqdansa, öz millətini başda tutmaq daha doğrudur. Kiməsə xoş gəlmək normal deyil. Türk olduğumuzu qabartmalıyıq. Siyasi hədəflərə görə bu məsələdən yan keçənlər də yanılırlar. Bu məsələyə nə qədər haqq qazandırmağa çalışsalar da, haqq vermirəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkçülük Gününü hər il qeyd etdiklərini bildirdi: “O bayramı uzun illərdir qeyd edirik. Bu il də Dünya Azərbaycanlıları Konqresi və Turan Gənclər Birliyi bu günü keçirəcək. Bu bayram rəsmləşdirilməyib. Nə Türkiyədə, nə də Azərbaycanda. Ona görə kimdənsə bunu tələb etmək doğru deyil. Amma biz böyük yerlərdə coşqu ilə 3 mayı indiyə qədər qeyd etmişik. Dünyanın müxtəlif yerlərindən də qonaqlarımız olub. Alparslan Türkeş, Nihal Atsızın adı ilə bağlı olan, 1994-cü ildən bəri təxminən geniş şəkildə qeyd olunan, türk tarixi ilə bağlı olan bu günün qeyd olunmasının tərəfdarıyam”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar