Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 güləşçimiz Avropa çempionatının finalına yüksəlib


Yalnız 120 kq çəkidəki Umar İsrailov ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb


Almaniyanın Dortmund şəhərindəki gənclər arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi mübarizəyə qoşulub. 

"Report"un məlumatına görə, pəhləvanlardan 3-ü finaladək irəliləməyi bacarıb.

55 kq çəkidə yarışan Əfqan Xaşalov ardıcıl olaraq İsveçrə, Ermənistan və Moldovadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Keçirdiyi görüşlərdə rəqiblərinə bir xal da verməyən azərbaycanlı güləşçi onlardan 34 xal ala bilib. Həlledici görüşdə Xaşalovun rəqibi bolqarıstanlı Mikyay Salim Naim olacaq.
66 kq-da mübarizə aparan Mahal Novruzov da finala qədər rəqiblərinə xal verməyib. O, ardıcıl olaraq Estoniya, Ukrayna və Bolqarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib və ümumilikdə 32 xal qazanıb. Final görüşündə Novruzovun rəqibi rusiyalı Anzor Zakuyev olacaq.

84 kq çəkidə yer alan Hacımurad Məhəmmədsəidov isə ardıcıl olaraq İtaliya, Gürcüstan və Ermənistandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. O həlledici görüşdə Rusiya təmsilçisi Hacımurad Najmudinovla qarşılaşacaq.

Yalnız 120 kq çəkidəki Umar İsrailov ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.
Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan sərbəst güləşçilərindən Əli Rəhimzadə (60 kq) qızıl, Şahin Muxtarov (50 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) bürünc medal əldə edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar