Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 MTN polkovniki cinayətləri necə ört-basdır ediblər?


3 MTN polkovnikinin intiharının mübhəmləri – cinayətləri necə ört-basdır ediblər?


Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərilərinin işi üzrə məhkəmə prosesi davam edir. Prosesdə 2014-cü ilin noyabrında özünə məxsus qarajda asılmış meyiti aşkarlanan MTN polkovniki Malik Mustafayevin ölümünün səbəbi ilə bağlı ilginc detallar üzə çıxıb.

Məlum olub ki, M.Mustafayev 30 il işlədiyi MTN-nin əməkdaşları – Elçin Quliyev və onun müavini olmuş İlqar Əliyev tərəfindən özünə, qardaşına, bacısına qarşı yol verilən ədalətsizliyə, onların iyrənc hərəkətlərinə dözməyərək 3 noyabr 2014-cü il tarixdə özünü yaşadığı fərdi yaşayış evinin qarajında asaraq intihar edib. İndi məhkəmədə üzə çıxanlardan belə aydın olur ki, Malik Mustafayevin qardaşı Mətləb Mustafayev Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin işçisi olub.

Komitədən qanunsuz işdən azad edildiyinə görə məhkəməyə üz tutub. Bundan sonra məsələyə elçin Quliyevlə onun müavini, İlqar Əliyev qarışıblar. Mətləb Mustafayevə təzyiqlər 30 ilin çekist qardaşından da yan keçməyib. baş verənlərin əsas sifarişçisi kimi isə komitə sədri Kərəm Həsənovun adı çəkilir. Mətləb Mustafayev bunu Elçin Quliyevin üzünə deyib. Bildirib ki, onu Kərəm Həsənovun sifarişi ilə həbs ediblər. Həmin sifariş çərçivəsində bacısının həyətinə MTN-çilərin basqın edib. Qardaşı işdən çıxarılıb və sonucda intihar etmə həddinə çatıb.

Bu Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi dövrdə baş verən sonuncu intihar deyil. M.Mustafayevin intiharından 5 ay sonra MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan A.Çovdarovun işçisi olan 1975-ci il təvəllüdlü Azər Namiq oğlu Əliyev də özünü öldürüb. 2015-ci ilin aprelində Nərimanov rayonu, Həsənoğlu küçəsi 16 saylı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. A.Çovdarovun başçılıq etdiyi Baş İdarədə baş əməliyyat müvəkkili olan A.Əliyev intihar etməzdən əvvəl A.Çovdarovun qəbuluna çağırılıb və oradan çıxandan az sonra həyatla vidalaşıb. Bu gün onun ölümü ilə bağlı A.Çovdarovun məhkəməsində hər hansı bir epizoda rast gəlinmir.

Bilinən odur ki, polkovnik-leytenant rütbəsi daşıyan Azər Əliyevin ölümündən sonra Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanmışdı. Xüsusi xidmət zabitinin ölüm işi az sonra “cinayət tərkibi müəyyən olunmadı” qeydi ilə xitam olunmuşdu.

Yəni MTN-də çalışan cavan bir zabitin intihar etməsinin səbəbi aydınlaşdırılmadan iş tozlu arxivə göndərilmişdi. Məlumatlara görə A.Əliyevin ağır xəstəliyi olmayıb, ailə vəziyyəti normal olub, iş yerindən aldığı məvacib ona orta səviyyədən bir qədər yuxarı yaşamağa imkan verib. Belə bir vəziyyətdə MTN zabitinin intihar etməsinə səbəb nə ola bilərdi? Onu belə bir yola əl atmağa nə sövq edib? Suallar açıqdır. 
5 ay fərqlə MTN-in 2 polkovnikinin intihar etməsinin üzərindən hər iki ölüm baş verəndə sükutla keçilsə də, Eldar Mahmudovun postunu itirməsi Malik Mustafayevin yaxınlarının təkidi ilə ölüm işi məhkəməyə qədər gəlib çatması ilə nəticələndi. Azər Əliyevin ölümü üzərindəki sirr pərdəsi hələ də qalmaqdadır.

Daha bir sirr pərdəsi bu gün məhkəməsi keçirilən general Elçin Quliyevin müavini. tələbə yoldaşı olmuş İlqar Əliyevin həbsdəki müəmmalı ölümü üzərindədir. M.Mustafayevin özünə, qardaşına, bacısına və yaxınlarına təzyiq göstərməkdə adı keçən İlqar Əliyev 2 il 1 ay sonra özü asılmış vəziyyətdə aşkar olundu. Polkovnik İlqar Əliyev 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı kamerasında müəmmalı şəkildə dünyasını dəyişib. Onun ipdən asılı vəziyyətdə olan meyitini kamerasında aşkar ediblər. Meyiti Sabunçu Rayon Məhkəmə-Tibb Ekspertizasına aparılıb. Boğazında stranqulasiya müəyyən olunub. Ekspertlərin ilkin rəyinə görə, İlqar Əliyev boğulmadan dünyasını dəyişib. Həmin təcridxanada 1 ildən artıq saxlanılmış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı qəzetimizə açıqlamasında deyib ki, saxlama yerində intihar etmək üçün şərait yoxdur.

Vaxtılə Eldar Mahmudovun işçiləri olmuş 3 polkovnikdən ikisinin ölümü üzərindəki müəmma qalmaqdadır. Polkovniklər niyə “intihar” ediblər?(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar