Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib
Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Quliyev Rauf Qurban oğlu "Ay işığı" restoranında çıxarkən tanımadığı şəxslərlə əlbəyaxa dava edib. Nəticədə o, döyülərək ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
R.Quliyev polisə verdiyi ifadədə dörd nəfər tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
pia.az