Şənbə, 24 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

370 qramlıq körpə ölüm-dirim mübarizəsindən qalib çıxdı 

Həkimlərin sözlərinə görə, bu çəkidə uşaq ilk dəfə doğulub

Çinin qansu əyalətində 370 qramlıq körpə dünyaya gəlib. Erkən doğum əlamətləri ilə 200 gün intensiv müalicəyə baxmayaraq, uşaq aşağı çəki ilə doğulub.

Pia.az medicina.az-a istinadən bildirir ki, körpə qız 100 gün öncə dünyaya gözlərini açıb. Xəstəxanada mütəmadi müalicə və müayinələrlə nəzarət altında saxlanılıb. Həkimlərin sözlərinə görə, bu çəkidə uşaq ilk dəfə doğulub.

Beynəlxalq tibb statistikasının məlumatlarına görə, dünyada 400 qramdan az çəkisi olan uşaqlardan heç biri Çində doğulmayıb. Dünyada bu çəkidən aşağı olan 216 körpə var. Ən az çəkili isə ABŞ-ın San-Dieqo şəhərində dünyaya gəlib. Hazırda dünyaya az çəkili gələn uşaqlardan sadəcə 55 faizi yaşaya bilir. Doğuş zamanı 500 qramdan az olan körpələrin yaşaması isə nadir haldır.

pia.az

Etiket: Çin körpə

Şərh yazın.

loading...