Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

36 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb


Azərbaycanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-18-də ümumi çəkisi 36 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 3 kiloqramdan çox heroin, 6 kiloqramdan artıq tiryək, 26 kiloqram isə marixuana götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Xocəsən qəsəbə sakini Taleh Şükürovdan tiryək və heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan artıq heroin, 6 kiloqram 100 qram tiryək və 13 kiloqram 850 qram marixuana aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Haşımovdan 1 kiloqram 10 qram heroin aşkar edilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov saxlanılıb, ondan 12 kiloqram 250 qram marixuana götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar