Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

36 il ömrü olan hərbi ittifaq – NATO-ya qarşı yaradılan “sovet NATO”su SSRİ ilə eyni zamanda süquta uğrayıb

Varşava Müqaviləsi Təşkilatı – beynəlxalq aləmdə bu təşkilatı qeyri-rəsmi “sovet NATO”-da adlandırıblar. Məhz 1955-ci ildə Almaniya Federativ Respublikası NATO-ya daxil olduqdan sonra SSRİ buna cavab olaraq Avropanın sosialist ölkələrinin hərbi ittifaqını yaratmağa qərar verib. Bununla da SSRİ NATO-ya alternativ hərbi ittifaq yaradıb. İttifaqa səkkiz ölkə daxil olub: SSRİ, Almaniya(ADR), Çexoslovakiya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Albaniya.

Təşkilatın yaradılması barədə sənəd 25 may 1955-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən ratifikasiya edilib və həmin ilin iyunun 4-də rəsmi olaraq qüvvəyə minib. Təşkilatın nizamnaməsi 11 maddədən ibarət olub. Nizamnamədə ittifaqın fəaliyyəti 20 il müddətinə göstərilib, 20 il təşkilatdan çıxmayan ölkələrin bu müddətdən sonra üzvlüyünün daha 10 il artırılması nəzərdə tutulub.

Nizamnamədə ittifaqın yaradılmasının məqsədi bəyan edilərək qeyd olunub ki, üzv ölkələr bir-birinin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyi, bir-birlərinin daxili işlərinə qarışmamağı öz üzərinə öhdəlik kimi götürür, o cümlədən müqaviləyə qoşulan ölkələrdən hər hansı birinə hərbi hücum olacağı təqdirdə ona bütün mümkün vasitələrlə, o cümlədən hərbi qüvvə ilə dərhal yardım etmək də Varşava Müqaviləsi Təşkilatının əsas məqsədlərindən biri kimi göstərilib.

Varşava Müqaviləsi Təşkilatının rəhbər orqanları aşağıdakılar olub:

-Siyasi Məşvərət Komitəsi.

-Birləşmiş Silahlı Qüvvələrin komandanlığı.

-İttifaqın mənzil-qərargahı Moskva fəaliyyət göstərib.

Fəaliyyət göstərdiyi illərdə Varşava Müqaviləsi Təşkilatının Birləşmiş Silahlı Qüvvələrinə 5 nəfər komandanlıq edib. Komandanların hamısı SSRİ Silahlı Qüvvələrinin hərbçiləri olub:

1955-1960-cı illər, İvan Konyev - Sovet İttifaqı marşalı.

1960-1967-ci illər, Andrey Qreçko – Sovet İttifaqı marşalı.

1967-1976-cı illər, İvan Yakubovski – Sovet İttifaqı marşalı.

1976-1989-cu illər, Viktor Kulikov – Sovet İttifaqı marşalı.

1989-1991-ci illər, Pyotr Luşev – ordu generalı.

O cümlədən Varşava Müqaviləsi Təşkilatının Birləşmiş Silahlı Qüvvələrinin baş qərargah rəisləri də SSRİ-nin ali rütbəli hərbçilərindən ibarət olub.

Varşava Müqavilə Təşkilatının yaradılması ilə SSRİ öz qoşunlarını bütün üzv ölkələrdə yerləşdirib. Bununla yanaşı SSRİ həmin ölkələri hərbi avadanlıqlar, texnika, silah və sursatla təmin edib. Eyni zamanda bu ölkələrdə müdafiə sənayesinin inkişafda SSRİ fəal iştirak edib. Məsələn, VMT-nin Birləşmiş Silahlı Qüvvələrinin döyüş hesabındakı 65-70 min tankın 80 faizi sovet  istehsalının texnikası olub.

1987-ci ilin statistikasına görə VMT-nın Birləşmiş Silahlı Qüvvələrinin şəxsi heyəti 6 milyon 465 min nəfərdən ibarət olub. Şəxsi heyət, texniki təchizat, maddi tələbatların ödənilməsi əsasən SSRİ-nin üzərinə düşüb.

36 illik fəaliyyəti dövründə VMT-nin Birləşmiş Silahlı Qüvvələri bütün üzv ölkələrin ərazisində 30-dan artıq irimiqyaslı hərbi təlimlər keçirib. Keçirilən təlimlərin əhatə dairəsi o qədər geniş olub ki, bu, hətta beynəlxalq müstəvidə kifayət qədər ciddi narazılıq yaradıb. Məsələn, 1981-ci ildə keçirilən “Qərb-81” təliminə 100 mindən artıq hərbçi cəlb olunub. Hərbi ekspertlərin qənaətinə görə İkinci Dünya müharibəsində keçirilən hərbi əməliyyatlara bu sayda şəxsi heyət və hərbi texnika cəlb edilməyib. 1982-ci ildə “Qalxan-82” təlimində isə 7 saat ərzində yerüstü, hava və dənizdən 70 raket qurğusundan istifadə olunub ki, bu da təxminən mövcud dövr üçün rekord sayılıb.

Əslində, VMT-nin yaradılması heç də nizamnamədə göstərildiyi kimi qarşılıqlı yardım, sülhə xidmət, silahlanmanın ixtisarı deyil, tam başqa məqsəd daşıyıb. Bu hərbi-siyasi ittifaqı yaratmaqla SSRİ öz gücünü dünyaya nümayiş etdirmək, sosialist blokunda kommunist rejiminə qarşı çıxanları susdurmaq, hərbi yolla şərqi Avropada sosialist rejimini saxlamaq olub. Xüsusilə Leonid Brejnevin hakimiyyəti dövründə “sovet NATO”-sunun başqa ölkələrdə hərbi əməliyyatları bunu daha qabarıq şəkildə büruzə verib. “Praqa baharı” kimi tarixə düşən Çexoslovakiya hadisələri isə bir daha sübut edib ki, VTM-nin məramı heç də kağız üzərində qalan maddələrə uyğun deyil.

SSRİ-nin süqutundan sonra VMT-nin fəaliyyətinin dayanması onu sübut  edib ki, bu ittifaq heç də kollektiv bir qurum yox, SSRİ-nin hegemonluğu hesabına yaranıb. Ən maraqlı məqamlardan biri isə odur ki, NATO-ya qarşı yaradılan “sovet NATO”-nun demək olar ki, bütün üzvləri Rumıniya, Bolqarıstan, Polşa, Almaniya (ADR), Çexiya və Slovakiya, Macarıstan, vaxtilə SSRİ-nin müttəfiq respublikaları olan Estoniya, Latviya, Litva sonradan NATO-ya üzv olub.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar