Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

35 özəl tibb müəssisəsi barədə mənfi rəy verilib


İqtisadiyyat Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olan sorğu məktubları əsasında “Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsi”ndə yaradılmış işçi qrup tərəfindən, cəlb edilmiş ekspertlərin və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə ötən müddət ərzində 159 özəl tibb müəssisəsinin fəaliyyət ünvanında yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib


Bu barədə PİA.AZ-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Qiymətləndirmənin nəticələrinə əsasən 124 müəssisə (78%) barədə müsbət, 35 müəssisə (22%) barədə isə mənfi rəylər hazırlanaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim edilib.
 
“2016-cı ilin 1-ci yarımilliyi ərzində 25 şəxs tərəfindən özəl tibb fəaliyyəti subyektləri barəsində daxil olan müraciətlər və şikayət məktubları ətraflı araşdırılaraq lazımi tədbirlər görülüb və nəticəsi barədə ərizəçilərə məlumat verilib”, - nazirlikdən bildirilib.
 
Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Kürdəmir rayon Polis Şöbəsinin (1 protokol) əməkdaşları tərəfindən lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olma faktları barədə 6 protokol tərtib edilərək Səhiyyə Nazirliyinə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə uyğun olaraq hər bir şəxs barəsində inzibati tənbeh növü kimi Səhiyyə Nazirliyi tərəfindən inzibati cərimə haqqında qərarlar çıxarılıb.
 
Tibb müəssisələrinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində şöbə tərəfindən hazırlanmış yeni normativ hüquqi aktların layihəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün istinad edilən müvafiq qanunlarda mövcud olan kolliziyanın aradan qaldırılması məqsədilə yeni qanun layihəsi hazırlanıb və baxılıb, təsdiq edilməsi üçün Səhiyyə və Ədliyyə nazirliklərinə göndərilib.(apa.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar