Astara sakinini cərəyan vurub
PİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Tarzan Süleyman oğlu Zahirov evində elektrik naqili ilə ehtiyatsız davranması səbəbindən cərəyan onu vurub.
Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
pia.az