Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

330 bələdiyyə sədri cəzalandırılıb


"Keçən il verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1 169 akt ləğv edilib, 531 akt dəyişdirilib, digərlərinə isə baxılır


 Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhəkəmələrdə 19 iddia qaldırılıb".

Bu barədə Milli Məclisə təqdim edilmiş "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzədə qeyd olunub.

Məruzədə bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində il ərzində 2006 bələdiyyə aktının ekspertizası keçirilib. Aktların ekspertizası zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3560 tövsiyə göndərilib.

Bu il bələdiyyələrin qanunsuz olaraq 47,2 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 1 359 ha torpaq sahəsinin icarəyə və istifadəyə verilməsi haqqında qərarlar nazirliyin təklifləri əsasında bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib, bununla da cəmi 1 406 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bunlardan 1 370 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub.

Eyni zamanda, bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər. Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb.
Bundan başqa, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar. Həmçinin, cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır.(report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar