Xəbər xətti

20 FEVRAL

14:06 Gürcüstandan Azərbaycana avtomobil idxalı 6 dəfədən çox artıb

14:00 “Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır” - Ərdoğan

13:56 “Əfqanıstan və Pakistanda İŞİD-in yeni bazaları formalaşır”

13:30 Əfqanıstanda “Taliban”ın hücumu 8 polisin ölümünə səbəb olub

13:25 Seçkilərə müdaxilə məsələsində ABŞ Kremldən geri qalmayıb - “The New York Times”

13:20 Deputatlar daha 10 qanunu müzakirəyə çıxaracaq

13:16 Azərbaycanda bu borclar tam silinə bilər

13:11 Sabah hava necə olacaq?

13:07 Səhiyyə Nazirliyi: “Ölkəyə dərmanlar ən çox Avropadan gətirilir”

13:03 “Türk axını”nın dəniz hissəsinin tikintisinin 48%-i tamamlanıb

12:59 Müdir 40 min manat rüşvət alıb ibtidai sinif müəlliməsini direktor əvəzi edib? - Sumqayıtda

12:54 “Mənə lazımsız dərmanlar verilmişdi” - Aşıq Azər

12:50 Mikayıl Cabbarov keçmiş nazirin daha bir kadrını geri qaytardı

12:46 Vaşinqton Suriyada Ankaranın mövqeyini nəzərə almağa məcburdur

12:41 MDB ölkələri xüsusi xidmət orqanlarının rəhbərləri Moskvada toplaşacaq

12:37 “Zeytun budağı“nda 75 yaşayış məntəqəsi terrorçulardan azad edilib

12:33 “Türkiyə Suriya ərazisinin yarıdan çoxunu tutub və “Türk axını” gərəksiz olur”

12:29 Aquero diskvalifikasiya ediləcək - Azarkeşi vurduğuna görə

12:24 “282.6 milyon əsas, 81.8 milyon manat isə sanksiya borcu yaranıb”

12:20 Prezident: “Quduz itlər, paqonlarınızı sökəcəyəm, heç 37-ci ildə belə olmayıb...”

12:15 İranda qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

12:11 HƏMAS-dan İsrailə xəbərdarlıq: Davam edəcək...

12:07 180 milyonluq müqavilə rəsmiləşdi

12:02 “ABLV Bank” qalmaqalının Bakıya təsiri: Azərbaycanın məmurlarına ABŞ-dan sanksiya tətbiq oluna bilər?

11:58 Saxladığı it müğənnini dişlədi

11:54 “Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin...”

11:50 Moskvada havanın temperaturu - 25 dərəcəyə düşüb

11:46 Amerika və Çin agentləri arasında əlbəyaxa dava olub

11:41 “Azərbaycanın əməkdar həkimi” 90 yaşında vəfat etdi

11:37 Ölkəni zibilləyənlər – onları siz də tanıyırsız

11:33 Sürücü sükan arxasında vəfat etdi - Bakıda

11:29 “Olimpiadada iştirak qərarımı bir neçə saat ərzində verdim”

11:25 Bu ildən Azərbaycanda “Tatra” yük maşınlarının yığılmasına başlanacaq

11:20 Bu gündən prezidentliyə namizədlər sənədlərini MSK-ya təqdim edə bilərlər

11:16 İlin “qırxlı çağı” - Boz ay başladı...

11:12 Azərbaycan bunu “Eurovision”da ilk dəfə edəcək

11:08 Azərbaycan və Ermənistan sərhədində növbəti monitorinq keçiriləcək

11:04 Bayıldan köçürülən sakinlərə kirayə pulları ödənilməyə başladı

10:59 Novxanıda ağır qəza: Ölən var

10:55 Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqləyib

10:51 Ən təhlükəsiz minik vasitələri və bizi ölümə yaxınlaşdıran 20 səbəb

10:47 Ərdoğan Afrikanın 4 ölkəsinə səfər edəcək

10:43 Samir Şərifov Azərbaycan prezidentinin “xüsusi mesajını” çatdırmaq üçün Pakistana getdi

10:38 “Azərbaycan və Niderland arasında əməkdaşlıq yüksək səviyyədədir”

10:34 “Yeganə müğənniyəm, İlhamə xanımın sağlığında tac taxmışam”

10:30 Arzu Rəhimova iki müavin təyin edilib

10:26 Sosial sığorta borcları və maliyyə sanksiyaları silinəcək

10:22 Əsəddən Şərqi Qutaya hücum: 98 dinc sakin həlak oldu

10:18 Terrorçular Suriyanın şimalındakı yaşayış məntəqəsini tərk edirlər

10:14 Azərbaycandan gizli yolla çıxarılan qadınlar tutuldu - Foto

10:09 Rezidenturaya 511 nəfər sənəd verib

10:05 Əli Həsənovun nəvəsi əfv ərizəsi yazıb?

10:01 İranda iğtişaşlar zamanı 3 polis ölüb

9:57 Tramp ABŞ prezidentlərinin reytinqində sonuncu oldu

9:53 “Facebook”dan sərt qaydalar

9:49 Deputatlarımız ATƏT PA-nın qış sessiyasına gedirlər

9:46 Neft ucuzlaşıb

9:42 Quba-Xınalıq yolu açıldı

9:38 “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

9:34 Atəşkəs 124 dəfə pozulub

9:31 “Söyüş və təhqir Avropa ölkələrinin də qanunlarında yol verilmir”

9:27 64 yaşlı kişi evində yanaraq ölüb

9:24 Partiya sədri: “Səbəb nə olursa-olsun, radikallıq doğru deyil”

0:59 Rəsmi Ankara: “Əsəd Afrinə girməyəcək”

0:44 Şəhriyar superturnirdə iştirak edəcək

0:37 Yapon alim özünə bənzəyən robot yaratdı

0:28 Dünyada nağd puldan imtina sürətlənir

0:16 Almeyda: “Mahirə dəstək olmaq lazımdır”

0:04 Bu gün bürcünüz nələr vəd edir?

19 FEVRAL

23:58 Rusiyadan Yəmənlə bağlı çağırış

23:46 Ərdoğan Afrikanın 4 ölkəsinə səfər edəcək

23:31 Sabirabad sakinindən narkotik vasitə götürülüb

23:30 “Məhəbbət və Ağ ölüm” tamaşası uğurla nümayiş olunub

23:28 Çin: “ABŞ bunu etsə, sərt cavab verəcəyik”

23:14 Azərbaycandan 200-ə yaxın insan Həccə getmək istəyir

23:02 Nazir Cocuq Mərcanlıda qəbul keçirəcək

22:59 Ukraynalı diplomat Rusiya XİN-ə çağırıldı

22:48 “Kriptovalyutalar hər an sıfıra bərabər ola bilər”

22:35 Bakıda mənzildə qadın meyiti tapıldı

22:24 Sumqayıta 70 yeni avtobus gətirilir

22:18 Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

22:04 Şəmkirdə hərbi sursat tapılıb

21:56 Türkiyə ordusu YPG müdafiəsini darmadağın etdi

21:48 Avropada ən bahalı gənc futbolçular açıqlandı

21:35 “Sezen Aksunun layiq olduğu yer elə ermənilərin yanıdır”

21:27 Deputatların pensiyaları artırılır

21:11 Banka basqın: 15 min dollar oğurlandı

21:06 Ucarda üç maşın toqquşdu: 2 yaralı

20:57 “Azərbaycan regionun əsas arteriyası rolunu oynayır”

20:44 Azərbaycanın xarici ticarət tərəfdaşları - Siyahı

20:39 560 mindən çox avtomobil geri çağırıldı

20:23 Rusiyada bəzi dərmanlar mağazalarda satılacaq

20:16 “NATO Türkiyəni dəstəkləyəcək”

20:02 Ötən ay əhali 4 milyard manat qazanıb

19:56 Bakıda qadın meyiti tapıldı

19:51 İlin ən yaxşıları bəlli oldu – Siyahı

19:47 “Xocalı 613” klassik musiqi gecəsi keçiriləcək

19:42 95 yeni planet aşkarlandı

19:38 Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrıldı

19:33 Daha bir partiya MSK-ya maliyyə hesabatı verib

19:27 Azərbaycanın İtaliyadakı səfiri Kalibriyaya səfər edəcək

19:23 İranın müdafiə naziri Azərbaycana səfərə gələcək

19:18 Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində

19:14 İrəvanda Rusiyanın bankına silahlı hücum olub

19:10 İlham Əliyevdən iki yeni təyinat

19:06 Müharibə əlillərinə verilən prezident təqaüdü artırıldı

19:01 Xələfov və Atacanov Xəzərin dibinin bölünməsini müzakirə edib

18:56 Nəsimi rayon məktəbliləri Memorial Soyqırım muzeyində

18:52 Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

18:47 Ərdoğan və Putin Afrin məsələsini müzakirə etdilər

18:44 Pxenyan: “ABŞ Cənubi Koreya ilə aramızı vurur”

18:39 İlham Əliyev sərəncam imzaladı

18:35 “Petkim” mənfəətini ikiqat artırıb

18:31 Əli İnsanov məhkəməyə məktub göndərdi

18:28 Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutub

18:24 İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaq

18:20 “Samsung” dünyanın ən güclü planşetini buraxacaq

18:16 İlham Əliyev nekroloq imzalayıb

18:11 Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib

18:05 Bakının mərkəzində meyit tapılıb



MÜSAHİBƏ

...

32 yaşlı qadın: “Ərim başımı divara çırpdı, ağzımın içinə tüpürdü”

Tarix 10.12.17, 17:07

Font ölçüsü : - / +
bitmap-img6


Yaşadığımız mühitin gözəlliklərindən, şıltaq uşaqların səs-küylü əhatələrindən, şəhərin gur işıqlarından, bahalı avtomobillərin şütüdüyü yollardan keçib, bir anda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə ayaq basıb, oradakı qadınların, uşaqların çarəsiz, iztirablı üz ifadələrini gördükdə sanki başqa bir dünyaya – ümidsizliyin, qaranlığın hökm sürdüyü bir aləmə düşürsən


Fiziki zorakılıq ucbatından gözünün altı göyərmiş, qorxudan tir-tir əsən, rəngi solmuş 32 yaşlı iki uşaq anası Fəridə (ad şərtidir) keşməkeşli həyat hekayəsini virtualaz.org-a danışdı. O, sözlərinə belə başladı:

- Uşaqlığım da yaxşı keçməyib. Ailəmiz böyük idi. Atamla anam səhər gedib axşam gəlirdilər. Bacı-qardaşlarıma baxan olmadığına görə 5-ci sinifdən sonra məni məktəbdən çıxarmağa məcbur oldular. Evin bütün işləri mənim üstümdə idi.

- Bəs həyatınızın bu axarı necə dəyişdi?

- 16 yaşım var idi. Gələcək ərimlə eyni kənddə yaşayırdıq, uzaq da olsa, qonşu idik. Tanışlıq müddətimiz uzun çəkmədi. Qoşulub qaçdıq. Yaşım çatmadığı üçün nikaha daxil ola bilmədik. Oğlum birinci sinfə gedəndə məcbur olub münasibətimizi rəsmiləşdirək.

- Ailəniz sizin bu qərarınıza müdaxilə etmədi?

- 1-2 il heç danışmadıq. Mən zəng edirdim, telefonlarıma cavab vermirdilər. Evlərinə gedirdim, qapıdan qovurdular. Yoldaşımın mənə qarşı pis münasibətini biləndən sonra anam gizlicə mənlə əlaqə saxlayırdı. Atamın xəbəri yox idi. Oğlum anadan olandan sonra atamla da barışdıq.

- Bura zorakılığa görə müraciət etmisiniz. Həyat yoldaşınızın bu cür davranışına səbəb nə oldu?

- Deyə bilərəm ki, gözümün yaşı heç vaxt qurumayıb. Evə gec gəlirdi, içirdi, çəkirdi. Söz-söhbət olurdu, döyməyə başlayırdı. Elə söyüşlər söyürdü ki, dilə gətirmək mümkün deyil. Hələ indi yaxşı vəziyyətdəyəm. Elə olub ki, çox ağır yaralanmışam, polisə şikayət etmişəm, ekspertiza keçirilib. Yoldaşım sonra yalvarıb başa saldı ki, işim yoxdur, uşaqlara baxa bilməyəcəyəm. Mən də şikayətimi geri götürdüm. Bir müddət aramız düzəldi, çox çəkmədi ki, yenə eyni davalar, söyüşlər davam etdi.

- “Söz-söhbət” deyəndə ən çox hansı mövzuları nəzərdə tutursunuz?

- Ümumiyyətlə, ona “hara gedirsən?”, “niyə gedirsən?” kimi suallar verməyə haqqım yox idi. Ailəmlə ünsiyyətdə olmağa icazə vermirdi. Nə ev, nə də mobil telefonum var idi. Harasa getsəm, yalnız oğlumla getməyə icazə verirdi. Qısqanclığı məni boğaza yığmışdı. Qoyduğu qadağalar əsassız idi. Həmişə nəyəsə bəhanə tapırdı, mən özümü müdafiə etməyə çalışanda isə döyürdü.

- Bəs bir qadın kimi bütün bunlara qarşılıq olaraq ayrılmağı düşünmürdünüz?

- Savadım yox, imkanım yox... Ortada uşaqlar var. Həm də ondan qorxurdum, bir qadın nə qədər dözər bu əzab-əziyyətə?! Dəfələrlə başımı divara çırpırdı, məcburən ağzımı açdırıb tüpürürdü. Saçımdan tutub bütün evi sürüyürdü, ayağının altına salıb təpikləyirdi. Gecələr elə ağrılarım olurdu ki, yata bilmirdim. Olub ki, günlərlə yuxuya həsrət qalmışam.

- Bütün bunları uşaqların gözü qarşısında edirdi?

- Bəli, oğlumu öyrətmişdi, oğlum mənlə danışmır. Uşağı özünə oxşadıb. 9-cu sinifdə oxumasına baxmayaraq, papiros çəkir, evdən pul oğurlayır, dərslərini oxumur. Ancaq avaralıqla məşğuldur. Oğlum mənə deyirdi ki, “cavab qaytarmasan, döyülməzsən, sənə etdikləri hələ azdır”. Qızım oxuyan uşaqdır. O, bu hadisələr qarşısında ancaq ağlayırdı.

- Bəs valideynləriniz niyə göz yumur bütün bunlara?

- Yoldaşım narkotikdən istifadə etdiyinə görə iki il həbsxanada olub. Həmin müddətdə mənə valideynlərim kömək edib. Həmçinin özüm də evlərə təmizliyə gedirdim, döşək yuyurdum, çörək bişirirdim. Bir dəfə ailəlikcə bacımın toyuna getmişdik. Orada məndən asılı olmadan atamla ərim aralasında mübahisə düşdü. Möhkəm dalaşdılar. Valideynlərimi təhqir etdi. Sonra isə mənə şərt qoydu: “ya valideynlərin, ya da mən”. Mən də uşaqlara görə ailəmdən üz döndərdim, yoldaşımı seçdim. İndi isə ailəmin yanına qayıtmağa üzüm yoxdur. Heç xəbərləri yoxdur ki, mən sığınacağa gəlmişəm.

- Necə oldu ki, özünüzdə qüvvə tapıb evdən qaçdınız?

- Əslində, mən qaçmadım. Sonuncu dəfə dalaşanda içkili gəlmişdi. Oğlumun telefonuna baxdı və gördü ki, anamla danışmışam. Qışqırmağa başladı, üstümə cumdu və məni təpiklədi. Uşaqlar otaqlarına qaçdılar. O qədər döydü ki, qan içində qaldım. Başa salmağa çalışırdım ki, o həbsxanada olanda mənə anam baxıb. Hətta evimizin 150 manat kirayə pulunu da anam ödəyirdi ki, onun avtomobilini satmayaq. Deyirdi ki, yoldaşın azadlığa çıxanda sürər. O da buna baxmayaraq, anamı söyməyə başladı və məni çölə atdı. Qızım istədi ki, qapını açsın. Yoldaşım da uşaqlara dedi ki, qoy getsin, ondan sizə ana olmaz, anası ona təzə kişi tapar. Bu sözdən sonra başa düşdüm ki, onunla yaşamaq artıq mənasızdır. Səhərə qədər qonşuluqdakı çörəkbişirmə sexində qaldım. Səhər açılanda sığınacağın ünvanını öyrəndim və bura gəldim.

- Uşaqların aqibəti necə oldu?

- Oğlum atası ilə qalır. Onsuz da daha mənimlə tamam yad insan kimi davranır. Qızımı da vermirdi, səhər məktəbə getdim. Qızım dərsdə idi. Gözlədim ki, zəng vurulsun. Dərsdən çıxanda götürüb yanıma gətirdim. İndi isə dərsə gedə bilmir. Məktəbi çox uzaqdadır. Həm də qorxuruq ki, gəlib qızımı qaçırar. Qızım da onun yanına getmək istəmir. Özü də yaxşı oxuyandır, evdəki davalar, söz-söhbətlər dərslərinə təsir edirdi.

- Geri gəlsə, barışarsınız?

- Yox, bu dəfə fikrim qətidir. Həmin əzabları bir də çəkmək istəmirəm. Boşanacağam. İlk fürsətdə ərizə verməyi düşünürəm. Yenə də evlərə təmizliyə gedib, qızımı böyüdəcəyəm. Qızımın bu cür əxlaqsız ata ilə birlikdə böyüməsinə razı olmaram. Məncə, o buna layiq deyil. Söydüyü söyüşlər qızımın gələcək tərbiyəsinə mane olar.

Mühasibimiz bu sözləri dedikdən sonra onunla sağollaşıb, çıxırıq sığınacağın həyətinə. Neçə-neçə davaların şahidi olmuş, qulaqları lazımsız söyüşlər eşitmiş, çarəsiz uşaqları görürük. Təəssüf hissi ilə oradan ayrılırıq. Nağıllarda da deyildiyi kimi, “qaranlıq dünyadan işıqlı dünyaya keçid edirik”.

Yolla irəlilədikcə bir əlində anasının, bir əlində atasının əli olan uşaqlar görünür. Üzlərində təbəssüm, yanlarında oyuncaqları. Bir anlıq düşünürsən ki, sığınacaqdakı uşaqlar da xoşbəxt ola bilərdilər. Axı onların heç bir günahı yoxdur... (virtualaz.org)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Arzu Rəhimova iki müavin təyin edilib

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Samir Şərifovun “tender əjdahası” - Maliyyə Nazirliyindəki narazılıq nədən qaynaqlanır?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru