Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

31 dövlət orqanında boş olan vakant vəzifələrə heç kim maraq göstərməyib – DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən yanvarın 11-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatıb


Mərkəzdən verilən məlumata görə, müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub. Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1925 müraciət qeydə alınıb.

Dövlət orqanları arasında təqdim olunan vakant yer və müraciət edənlərin sayına görə ən yüksək müsabiqə vəziyyəti (1 vakant yerə düşən ərizələrin orta sayı) Tarif (qiymət) Şurasının Katibliyi (11), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (9.94), Maliyyə Nazirliyi (8.67), Təhsil Nazirliyi (8.5) və İqtisadiyyat Nazirliyində (8.06) olan vəzifələr üzrədir.

Bəzi vəzifələr üzrə müsabiqə vəziyyəti çox yüksəkdir. Bu da həmin vəzifələrin tutulmasında rəqabətin yüksək olacağını göstərir. 1 vakant yer üçün 30‑dan yuxarı müraciət qeydə alınan vəzifələr Mingəçevir regional “Asan xidmət” Mərkəzində aparıcı məsləhətçi (müraciət edənlərin sayı – 44 ), Quba “Asan xidmət” Mərkəzində aparıcı məsləhətçi (müraciət edənlərin sayı – 38), Mingəçevir regional “Asan xidmət” Mərkəzində böyük məsləhətçi (müraciət edənlərin sayı – 35 ), Quba “Asan xidmət” Mərkəzində böyük məsləhətçi (müraciət edənlərin sayı – 33), İqtisadiyyat Nazirliyində məsləhətçi (müraciət edənlərin sayı – 32), Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi (müraciət edənlərin sayı – 32) vəzifələridir.

Lakin 77 dövlət orqanından 31-də (40.26%) vakant olan vəzifələr üzrə heç bir namizəd qeydiyyatdan keçməyib.

Təqdim olunan vakant vəzifələr üzrə müsahibədə iştirak etmək üçün müraciət qeydə alınmayan dövlət orqanları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi; Milli Televiziya və Radio Şurası, Gəncə, Şəki Apelyasiya Məhkəmələri, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Şirvan, Şəki İnzibati-İqtisadi Məhkəmələri; Füzuli, Tərtər Rayon Hərbi Məhkəmələri, Ağdaş, Ağstafa, Astara, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Kəlbəcər, Laçın, Lənkaran, Qazax, Saatlı, Salyan, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Ucar, Xaçmaz, Yardımlı, Yevlax Rayon Məhkəmələridir.

Müsahibəyə ən çox vakansiya təqdim etmiş Kənd Təsərrüfatı Nazirliyində də vəzifələr üzrə (451 vakant vəzifə) müsabiqə vəziyyəti (0.12) aşağıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar