Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3000 azərbaycanlının şəhid olduğu 100 illik zəfər - Fotolar


"Sizə ölməyi əmr edirəm!" - Atatürk


Bu gün Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunur. Sayca daha artıq və daha güclü düşməni “Çanaqqala keçilməzdir!”-deməyə məcbur edən bu döyüş türk tarixində qızıl hərflərlə yazılıb.

100 il əvvəl regionda çox mürəkkəb vəziyyət var idi. Osmanlı imperiyası süquta doğru gedirdi. Trablus və Balkan savaşlarında məğlub olan imperiya Şərqi Trakiya xaricində Avropadakı bütün torpaqlarını əldən vermişdi. Artıq Osmanlı dövlətinin çöküşü qaçılmaz olmuşdu və ona görə də digər imperiya qüvvələri onun torpaqlarını öz aralarında bölüşdürmüşdülər. 

Rusiya boğazları ələ keçirib “isti dənizlərə” çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş kanalı və Hind okeanına yolun təhlükəsizliyi üçün Fələstini ələ keçirmək planını hazırlayır, Fransa Livan, Suriya və Kilikiyanın idarəçiliyini arzulayır, almanlar Şərqə yiyələnmək siyasəti güdür, italyanlar isə Antalyaya sahib olmaq istəyirdilər. Çanaqqala döyüşü məhz belə bir vaxtda baş vermişdi. 

Osmanlı imperiyası 1914-cü il avqustun 21-də Almaniya ilə qarşılıqlı hərbi yardım və müttəfiqlik haqqında müqavilə imzalamışdı. Bu müqavilədən dərhal sonra “Üçlər İttifaqı” dövlətlərinə qarşı müharibəyə hazırlıq başlandı. Çünki hələ 1914-cü il avqustun 10-da Aralıq dənizində ingilis donanması qarşısından geri çəkilən iki alman ağır kreyserinin Çanaqqala boğazını keçərək İstanbula gəlməsi böyük gərginlik yaratmışdı. 1914-cü il oktyabrın 27-də qəsdən “Yavuz” və “Midilli” adlandırılan həmin gəmilər alman admiral Sukonun əmri ilə Qara dəniz sahillərindəki Rusiya limanlarını bombaladı və bununla da Osmanlı I Dünya müharibəsinə qoşulmuş oldu.

1915-ci il fevralın 19-da Fransa və Britaniyaya aid 16 döyüş gəmisindən ibarət nəhəng donanma Osmanlı sahil qüvvələrini bombalayaraq, Çanaqqala boğazına doğru irəliləməyə başladı. Lakin gecə yarısı “Nüsrət” adlı Osmanlı mina gəmisinin boğazın Asiya hissəsinə düzdüyü dəniz minaları onların yolunda maneəyə çevrildi. Ard-arda düşmənin üç döyüş gəmisi minalara toxunaraq batdı, bir neçəsi isə ciddi xəsarət aldı. 

Gelibolu yarımadasına yerləşdirilən Osmanlı artilleriyası da düşməni göz açmağa qoymurdu. Ağır itkilər verən İttifaq dövlətləri artilleriyanı susdurmadan Çanaqqala boğazını dəniz yolu ilə keçə bilməyəcəklərini anladılar və buna görə də adaya ən böyük ordu hissələrini yeritdilər. Hücum iki cəbhədən - Seddülbahir və Arıburnu cəbhəsindən həyata keçirildi. Osmanlı ordusu say baxımından az, təchizat baxımından zəif olsa da, düşmənin bütün hücumları qəhrəmanlıqla dəf edildi. Döyüşlərdə ordu 253 min şəhid verdi. Tarixi mənbələrdən belə məlum olur ki, Osmanlı ordusunun verdiyi şəhidlər arasında 3 minədək azərbaycanlı könüllü də var idi...

Həmin döyüşlərdə türk əsgərinin yenilməzliyini düşmənlər də öz xatirələrində etiraf ediblər. Müharibənin qızğın dövründə 10 nəfər türk əsgərinin 500-dən çox ingilis hərbçisinə qarşı müqavimət göstərməsi və onları geri çəkilməyə məcbur etməsi ingilis generalı Hamiltonu çox təəccübləndirib və o, qeydlərində tərəddüd etmədən hər bir osmanlı əsgərini yüz nəfərə bərabər tutaraq yazıb: “Bu hücumda ingilis əsgərlərinə min nəfər Osmanlı əsgəri müqavimət göstərir”.

Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər hamısı eyni ruh yüksəkliyi ilə döyüşmüş, ya şəhid, ya qazi olmuşlar. 57-ci alayın bütün əsgərləri düşmən qarşısında bir addım belə geri çəkilməmiş, şəhadətə qovuşmuşdur. Bu məqamda Geliboludakı döyüşlərdə komandan vəzifəsinə qədər yüksələn Mustafa Kamal Atatürkün “Mən sizə düşmən üzərinə hücuma keçməyi deyil, ölməyi əmr edirəm” - sözləri yada düşür...(azision.az)

pia.az


Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar