Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 nəfər gənc alimi olan ölkə - Azərbaycan elmi ölür?..

Təhsil eksperti: “Bu gün Azərbaycanda 30 yaşdan aşağı bir nəfər də olsun elmlər doktoru yoxdur”

“Gənclərin elmlə məşğul olmalarına maneçilik törədən səbəblər aradan qaldırılmasa, elmin “qozbelliliyi”ni aradan qaldırmaq mümkün olmayacaq”.

Azərbaycanda yaşı 30-a qədər olan cəmi 325 alim var, onların arasında yalnız 30 nəfəri elmlər doktoru ola bilib. 30 yaşa qədər elmlər doktoru ola bilənlərin 26-sı kişi, 4-ü qadındır.


Ölkədəki elmlər doktoru dərəcəsi olan 1 414 alimin əksəriyyətinin yaşı 60-dan yuxarıdır.

Elmlər doktoru dərəcəsi olanların 450-sinin 60-69 yaşı, 446-sının 70 və daha çox yaşı var.

Respublika üzrə emlər doktoru dərəcəsi olan alimlərin 46-sının yaşı 30-39, 130-unun yaşı 40-49, 312-sinin yaşı 50-59-dur.

Ölkədə elmlər doktoru dərəcəsi olan alimlərin 1 117-si kişi, 297-si qadındır.

Azərbaycandakı 6 064 fəlsəfə doktorunun 3 126-sı kişi, 2 938-i qadındır. Fəlsəfə doktorlarının çoxu 40-49 yaşlıdır.

Azərbaycanda fəlsəfə doktorunun 295-inin yaşı 30-a qədər, 980-nin yaşı 30-39, 1 428-inin yaşı 40-49, 1 343-ünün yaşı 60-69, 743-ünün yaşı 70 və daha çoxdur.

Qeyd edək ki, elmlər doktoru elmi dərəcəsinin alınması üçün əvvəlcə fəlsəfə doktoru dərəcəsinin alınması əsas şərtdir.

Azərbaycan elmi gözləyən təhlüklər barədə PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla kiçik müsahibə edib.

Kamran Əsədov: “AMEA-nın nəzdindəki müəyyən institutların rəhbərləri, əməkdaşları ciddi şəkildə gənclərin elmlə məşğul olmasına mane olurlar”.

PİA.az təhsil eksperti ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır.

- Kamran bəy, Azərbaycanda yaşı 30-a qədər olan cəmi 325 alim var, onların arasında yalnız 30 nəfəri elmlər doktoru ola bilib. Ölkədə bu qədər az gənc alimin olmasının səbəbi nədir və bu ölkədə elmin gələcəyinin artıq məhv olması anlamına gəlirmi?

- İlk növbədə qeyd edim ki, Azərbaycanda son illərdə elmin inkişafı üçün dövlət tərəfindən bir çox işlər görülüb. Amma buna baxmayaraq, yenə də bəzi gənclər deyirlər ki, elm nəyə lazımdır, neftdən gələn gəlirlə yaşayırıq.

Son illər ərzində gənclərin bakalavr pilləsini bitirdikdən sonra elmdə qalması ciddi şəkildə aşağı düşüb. Bu gün Azərbaycanda 30 yaşdan aşağı bir nəfər də olsun elmlər doktoru yoxdur. AMEA-nın nəzdindəki müəyyən institutların rəhbərləri, əməkdaşları ciddi şəkildə gənclərin elmlə məşğul olmasına mane olurlar. Bu gün Azərbaycan alimi dünya elmində çox da ciddi qəbul olunmur. Gənclərin elmə gəlməsinə mane olan səbəblərdən ilki elmə görə verilən əmək haqlarının çox aşağı olmasıdır. Təbii ki, bu qədər yüksək bilik və bacarıqlara malik şəxslər elmdə qalmağa üstünlük vermir, digər sahələrdə daha yüksək əmək haqqı ala biləcəklərinə görə elmdən gedirlər.

Kamran Əsədov: “Gənclərin elmə gəlməsinə mane olan səbəblərdən ilki elmə görə verilən əmək haqlarının çox aşağı olmasıdır”.

Azərbaycanda böyük elmi mərkəzlər yaradılmalıdır. Həmin mərkəzlərə dövlət və özəl şirkətlər tərəfindən maliyyə yatırılmalıdır. Alimlərin əmək haqqı dünya standartlarına yaxınlaşdırılmalıdır­­­. Bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumi Daxili Məhsulun elmə aid olan hissəsi əsaslı şəkildə artırılmalıdır. Əksər ölkələrdə bu, 2-3 faiz təşkil edir. Bu rəqəm Almaniya və İngiltərədə 4 faiz, İsraildə isə 5 faizdir. Dünyanın aparıcı dövlətləri fundamental elmlərin inkişafı sayəsində lider ölkələrə çevriliblər. Gənclərin daha çox elmə cəlb olunması elmi istehsalatın mühüm bir faktoruna çevrilməsinə, elmin böyük gəlirlər gətirməsinə səbəb olacaq. Dövlət proqramı ilə xarici ölkələrin ali məktəblərini bitirmiş Azərbaycan vətəndaşlarının qayıdıb, elmi tədqiqatlarla məşğul olmaları üçün şərait yaradılmalıdır. Müxtəlif xarici dilləri, texnologiyaları mənimsəyən gənc nəsil ölkə elminə çox böyük tövhə verə bilər. Bizim elmimizdə varislik prinsipi pozulub. Yaşlıları əvəz edəcək gənc nəsil formalaşmalıdır.

-Belə fikirlər səsləndirilir ki, elmi dərəcəni almaq üçün rüşvət tələb edilir və bu üzdən də gənclər elmi dərəcə almağa heç də isti yanaşmırlar. Bu barədə nə deyə bilərsiniz?

-Bu gün gənclər ali məktəbin bakalavr pilləsini bitirdikdən sonra hərbi xidmətə cəlb olunurlar. Hərbi xidməti başa vurduqdan sonra isə onların elmlə məşğul olmaq həvəsləri olmur. Bu səbəbdən də gənc qızlar daha çox magistratura və doktoranturada təhsili almağa üstünlük verirlər. Lakin onlar da obyektiv səbəblərdən elmlə dərindən, dayanıqlı məşğul ola bilmirlər. Elm sahələrində Nobel və digər nüfuzlu mükafatların 99 faizini kişilər alıb. Gənclərin elmlə məşğul olmalarına maneçilik törədən səbəblər aradan qaldırılmasa, elmin “qozbelliliyi”ni aradan qaldırmaq mümkün olmayacaq. Elmə gəlmək istəyən gənclərə rəhbərlik edən şəxslər, elmi rəhbərlər dünya elmində baş verən prosesləri izləməlidirlər. Onlarin çoxusu hələ bu bir yana, gənclərə elmlə məşğul olmağa maneçilik törədirlər. Qorxurlar ki, gənclər onların yerlərini tuta bilərlər. 

Kamran Əsədov: “Əgər bizdə son dövrlər yazılan dissertasiyaların monitorinqi aparılsa, görərik ki, dünya elmi tamam başqa istiqamətdə, biz isə ya tamam başqa istiqamətdə hərəkət edirik, ya da sadəcə, yerimizdə mürgü vururuq”.

- Son 10-15 il müddətində Ali Atesstasiya Komissiyasının fəaliyyətini necə dəyərləndirirsiniz? Gənc alimlərin kəskin şəkildə azalmasında bu qurumun rolu varmı?

- Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin çoxunda kafedra müdirləri və dekanlar qoca kişilərdir. Elmi-Tədqiqat İnstitutları da belədir. Böyük vəzifə tutan yaşlı alimlər həm də universitetlərdə kafedra müdiri vəzifələrini əldən vermirlər. Bunun özü də gənc alimlərdə pessimist ovqat yaradır. Əgər bizdə son dövrlər yazılan dissertasiyaların monitorinqi aparılsa, görərik ki, dünya elmi tamam başqa istiqamətdə, biz isə ya tamam başqa istiqamətdə hərəkət edirik, ya da sadəcə, yerimizdə mürgü vururuq. Hər bir sahədə köhnə paradiqmalar üzərində işləmək elmə heç bir fayda vermir və gənclər tərəfindən elmə marağı daha da öldürür.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar